Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

Tələbələrimiz elmi təcrübədə olublar

Tələbələrimiz elmi təcrübədə olublar

Qərbi Kaspi Universitetinin Yüksək Texnologoyalar və İnnovativ Mühəndislik Məktəbinin "Su bioehtiyyatları və akvakultura" və "Ekologiya" ixtisasının tələbələri biologiya üzrə fəlsəfə doktoru, dosent Ofeliya Qafarovanın rəhbərliyi ilə Mərkəzi Nəbatat Bağı publik hüquqi şəxsin kolleksiya sahəsində elmi təcrübədə olublar.

Tələbələrə bağ və kolleksiyada toplanmış bitkilər, həmçinin onlara edilən aqrotexniki qulluq qaydaları və tədqiqat metodları barədə ətraflı məlumat verilib. Daha sonra tələbələr laboratoriyanın kolleksiya sahəsində toplanmış müxtəlif növ bitkilərə aqrotexniki qulluq işlərində və təcrübələrdə iştirak ediblər.