Biznesin idarə edilməsi
Proqram: Biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi
Müddət: 4 il
Kredit: 240
Təhsil forması: əyani / qiyabi
Təhsil haqqı və güzəştlər: PDF_fayl >
Təhsil proqramı: PDF_fayl >
Tərdis qrafiki (qiyabi): PDF_fayl >
Matrix: PDF_fayl >
PTN: PDF_fayl >
Dərs cədvəli: PDF_fayl >
Tərdis planı 2023: PDF_fayl >
Tərdis planı(qiyabi) 2023: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Biznesin idarə edilməsi üzrə bakalavr dərəcəsi proqramı tələbələrə biznes təşkilinin səmərəli fəaliyyəti üçün menecmentin təcrübə və prinsiplərini öyrədən əyani tədris proqramıdır. Tələbələr strateji planlaşdırma, təşkilat rəhbərliyi, insan resurslarının idarə edilməsi və korporativ idarəetmə üzrə bilik və bacarıqlarla təmin olunurlar. Proqram ixracat, idxalat, beynəlxalq marketinq, beynəlxalq maliyyə və sahibkarlıq üzrə xüsusilə xarici dillərə diqqət ayırmaqla müfəssəl bilik və paraktiki təcrübə imkanları yaradır. Həmçinin menecment və iqtisadiyyatın riyazi və statistik fənlərlə əlaqəsinə xüsusi yer ayrılır.
Proqram biznes idarəçiliyinin insan resursları menecmenti, iqtisadi qanunvericilik, marketinq, biznesin tənzimlənməsi və s. kimi əsas yarımsahələrini əhatə edir ki, bu da bugünkü dünya iqtisadiyyatında biznes strukturlarını anlamağa yardım edir.
Dərəcə almaq üçün tələbələr diplomqabağı təcrübə keçməli və buraxılış işini müdafiə etməlidirlər.
Əldə ediləcək bilik və bacarıqlar
- İxtisası üzrə Azərbaycan dilində şifahi və yazılı kommunikasiya bacarıqlarına;
- İxtisası üzrə ən azı bir xarici dildə kommunikasiya bacarıqlarına;
- Azərbaycan dövlətçiliyinin tarixi, hüquqi, siyasi, mədəni, ideoloji əsasları və müasir dünyadakı yeri və roluna dair sistemli və hərtərəfli biliklərə, milli dövlətimizin perspektiv inkişafını proqnozlaşdırma qabiliyyətlərinə;
- Milli dövlətimizin qarşılaşdığı təhdidləri və çağırışları müəyyən etmə bacarılarına;
- İş yerində informasiya texnologiyalarından istifadə etmək qabiliyyətinə;
- Komandada iş, problemin həllinə ortaq yanaşmaya nail olmaq qabiliyyətinə;
- İqtisadi nəzəriyyənin əsaslarını, müəssisə və fərd səviyyəsindəki davranışları, əsas sosial-iqtisadi göstəriciləri, problemləri və prosesləri bilmək;
- Fərqli rəqabət sistemlərindəki bazarların xüsusiyyətlərini, müxtəlif bazar tiplərində firmaların fəaliyyət mexanizmini, qarşılıqlı əlaqalərin fərqli senarilərini bilmək; (PK-2)
- Makroiqtisadi terminologiyanı tam şəkildə mənimsəmək, açıq iqtisadiyyatı təhlil edə bilmək və nəzəri modellərdən istifadə etməklə təkliflər irəli sürməyi bacarmaq; (PK-3)
- Riyazi üsullar, kəmiyyət və hesablama metodları üzrə bacarılara malik olmaq və bu üsul və metodlardan istifadə etməklə optimal qərarlar verə bilmək; (PK-4)
- İşində ümumi porifilli və ixtisaslaşdırılmış proqram təminatından (Excel, Word, Power Point, Photoshop və ya analitikproqramlardan hər hansı biri ilə (SPSS, Stata, Python kimi proqramlarla) işləmək, sadə analizləri etməyi bacarmaq; (PK-5)
- İqtisadi məlumatların təhlili və sistemləşdirilməsi üçün statistik biliklərə sahib olmaq, kəmiyyət və keyfiyyət məlumatlarını toplamaq, təhlil etmək və proqnozlaşdırmağı bacarmaq; (PK-6)
Məzunların iş tapmaq imkanları
Məzunlar həm özəl həm dövlət sektorunda idarəetmə, insan resurslarının idarəedilməsi, istehsalın idarəedilməsi, maliyyə, mühasibət, marketinq, tədqiqat və inkişaf, ictimaiyyətlə əlaqələr kimi sahələrdə mütəxəssis olaraq işləyə bilərlər. Eyni zamanda məzunlar menecer, strateji idarəetmə mütəxəsssisi, istehsalat mütəxəssisi, layihələrin idarə edilməsi üzrə mütəxəssis, CEO, CEO, biznes analitik peşələrində işləyə bilərlər.