Hüquq psixologiyası
İstiqamət Psixologiya
Proqram: Hüquq psixologiyası üzrə magistr
Müddət: 2 il
Təhsil forması: əyani
İllik təhsil haqqı: PDF_fayl >
Təlim dili: Azərbaycan, ingilis və rus dili
Proqram haqqinda
Hüquq psixologiyası üzrə magistr proqramı adı çəkilən sahədə cari hüquq psixologiyasına müvafiq olan nəzəriyyələri, psixoloji üsulları və empirik tədqiqatları dərindən öyrənən təhsil proqramıdır. Cinayətkar davranışın hərtərəfli psixoloji təhlili, müqəssirin psixoloji xüsusiyyətlərinin, onun şəxsiyyətinin formalaşması şəraitinin öyrənilməsinin nəzəri və praktik əhəmiyyətə malik olan məsələlərdən biridir. Qeyd olunanlara prosessual fəaliyyətin digər iştirakçılarının xüsusiyyətlərinin öyrənilməsi, ayrı-ayrı istintaq və məhkəmə icraatının psixoloji əsaslarının aydınlaşdırılması, məhkumun yenidən tərbiyəsi yollarının təhlili ilə bağlı olan mürəkkəb və çoxcəhətli məsəlləri də əlavə etsək, hüquq psixologiyası ixtisasının əhəmiyyəti haqqında aydın təsəvvür əldə etmiş olarıq. Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.
Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər.
Əldə ediləcək bilik və bacarıqlar
· Fundamental elmi biliklərə istinad edib tədqiqatın metodoloji əsaslarını işləyib hazırlamaq;
· Tədqiqatın mövzusunu, məqsədini, vəzifəsini, fərziyyəsini müəyyənləşdirmək;
· Riyazi-statistik üsullardan istifadə etmək;
· Müasir kompüter proqramlarından və elektron kitabxanalardan istifadə etmək;
· Elmi-tədqiqat işini aparmaq;
· Elmi araşdırmaların nəticələrini təhlil və təqdim etmək;
· Elmi məqalələrin yazılma və çapa hazırlanma qaydalarını bilmək.
Məzunların iş tapmaq imkanları
- Psixoloji yardım mərkəzlərində
- Tədris mərkəzlərində
- Məhkəmə-psixoloji ekspertizasında
- İslah müəssisələrindəvə s. fəaliyyət göstərə, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.