Qərbi Kaspi Universiteti

Universitet

Məqsəd 14 : Dəniz Ekosisteminin Mühafizəsi

“Okeanları, dənizləri və dəniz ehtiyatlarını qorumaq və onlardan səmərəli istifadə etmək”

Təhsil

Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında məqsəd ilə əlaqəli 30 modul təqdim edirik və 700 tələbənin bu modullarda oxumaq imkanı var. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.

Biz nə edirik

Xəzər Dənizi Problemləri” Elmi-Tədqiqat Mərkəzi Xəzər dənizi və onun hövzəsinə aid olan daxili suların biologiyası və ekologiyası haqqında yeni bilik əldə etməyə hədəflənən fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatların aparılması ilə məşğul olur.


Mərkəzin əsas fəaliyyət istiqamətləri:

Fundamental, axtarış və tətbiqi xarakterli elmi tədqiqatlar aşağıdakı istiqamətlərdə aparılır:

  • Xəzər dənizi və onun hövzəsinə aid olan su obyektlərinin flora və faunası;
  • Xəzər dənizi və onun hövzəsinə aid olan daxili sularda maddələrin bioloji dövranı;
  • Suda yaşayan orqanizmlərin, onların populyasiya və birliklərinin ekologiyası;
  • Su bioresurslarından rasional istifadənin elmi əsaslarının hazırlanması;
  • Xəzər dənizində və onun hövzəsində akvakulturanın inkişaf etdirilməsininelmi əsaslarının və yollarının hazırlanması;
  • Təbii faktorların təsiri və insanın təsərrüfat fəaliyyəti nəticəsində Xəzərin və onun hövzəsinə aid olan su obyektlərinin vəziyyətində baş verən dəyişikliklərin proqnozlaşdırılması;
  • Su orqanizmlərinin adaptasiya və təkamülü proseslərinin genetik və fizioloji-biokimyəvi aspektləri.

“Ecomister Fish” layihəsi  su hövzələrinin ekoloji vəziyyəti haqqında operativ informasiya alınmasını təmin edir. Modelin korpusu 3D printer ilə hazırlanmışdır. Bu süni balıq göstərilən koordinantlara uyğun olaraq su hövzələrini monitorinq edə, həmin sahəni video vasitəsilə ötürə bilir.

Universitetin Təbiət Elmləri Məktəbinin Biologiya ixtisasının tələbələri Xəzər problemləri Elmi Tədqiqat İnstitutunun Elmi Tədqiqat və Ekoturizm bazasında Xəzər dənizinin canlı aləminin tədqiqinə başlayıblar. 

Biomüxtəlifliyə dair təlimatlar

Məqsədlə əlaqəli tədbirlər

Məqsədlə bağlı kurslar/modullar:

Təbiət Elmləri

Mühəndislik

Siyasi və Humanitar Elmlər