Məqsəd 15 : Torpaq Ekosisteminin Mühafizəsi
“Meşələri dayanıqlı şəkildə idarə etmək, səhralaşmaya qarşı mübarizə aparmaq, torpaqların deqradasiyasına son qoyaraq onları bərpa etmək üçün tədbirlər görmək və bioloji müxtəlifliyin itirilməsinin qarşısını almaq”
Təhsil
Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında məqsəd ilə əlaqəli 20 modul təqdim edirik və 400 tələbənin bu modullarda oxumaq imkanı var. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.
Biz nə edirik?
Bioklub biologiyaya, ətraf mühitin orqanizmə təsiri barədə məlumatlara maraq göstərən tələbələri özündə birləşdirir. Klubun məqsədi bioloji biliklərlə bacarılan qədər böyük əhatəni məlumatlandırmaq, tələbələri laboratoriya şəraitində müxtəlif təcrübi bacarıqlara yiyələndirmək, onların vaxtaşırı universitetxarici seminar və təqdimatlar təşkil etmələrinə zəmin yaratmaqdır.
Bioklubun faydası nədir:
- Araşdırma bacarığının inkişafı;
- Təcrübi qabiliyyətlərin inkişafı;
- Müstəqil elmi fəaliyyət;
- Seminar və akademik çıxışlar vasitəsi ilə biliklərin mübadiləsi;
- Bir sıra mühüm tibbi və bioloji biliklərə yiyələnmək.
Ekologiya kürsüsünün fəaliyyəti texnoloji layihələrin təhlükəsizliyi və ekoloji ekspertizası, insan həyatının zərərli təsirlərdən qorunması, ətraf mühitə zərərli təsirlərin monitorinqi, proqnozlaşdırılması və aradan qaldırılması, fövqəladə halların nəticələrinin aradan qaldırılması, yeni sistemlərin işlənməsi, informasiya proqramlarının təkmilləşdirilməsi, ətraf mühitin ekoloji monitorinqinin təşkili, ölçmə avadanlıqlarının sertifikatlaşdırılması, kimya, biologiya və tibb sahəsində ölçmələrin metroloji ilə təmin edilməsi sahələrini əhatə edir.
Ətraf mühitə dair təlimatlar
Məqsədlə bağlı kurslar/modullar