Məqsəd 12 : Məsuliyyətli İstehlak və İstehsal
"Dayanıqlı istehlak və istehsal modellərinə keçidi təmin etmək"
Təhsil
Biz yerli və xarici müəllimlər tərəfindən müasir tədris proqramı ilə yüksək keyfiyyətli təhsilin verildiyi bakalavr və magistr proqramlarında məqsəd ilə əlaqəli 4 modul təqdim edirik və 200 tələbənin bu modullarda oxumaq imkanı var. Bu proqramlar sayəsində tələbələrimizin auditoriyalarda nəzəri biliklərini və müxtəlif sahələrdə praktiki bacarıqlarını artırmağı hədəfləyirik.
Biz nə edirik?
Etik istehlak və istehsala dair təlimatlar
Davamlı Satınalma Təlimatları, tender müqavilələrə daxil olmaq üçün istehlakın idarəedilməsi və məhsulun səmərəliliyi ilə əlaqədar olaraq davamlılıq barədə risklərin azaldılması və əlavə dəyər seçimləri ilə bağlı siyahı təqdim edir.
Qərbi Kaspi Universiteti “Məsuliyyətli İstehlak və İstehsal” Davamlı İnkişaf Məqsədini əsas prinsiplərindən biri hesab edir. Universitet davamlı istehlak və istehsal qaydalarına uyğun fəaliyyət göstərir. Yerli qidalar universitetin təsərrüfatında istehsal olunur və tələbələr və işçilər tərəfindən istehlak olunur. Eləcə də biz Universitetin inşası üçün ekoloji təmiz kərpic, led lampalar və ikiqat şüşə pəncərələr kimi ekoloji məhsullardan istifadə etmişik.
Bundan əlavə, Universitet daxilində və Universitetdən kənar məlumatlılığı artırmaq üçün Azərbaycan Respublikasının qabaqcıl dövlət təşkilatı Qida Təhlükəsizliyi Agentliyi və yerli Qeyri-Hökumət Təşkilatı Azad İstehlakçılar Birliyi ilə sıx əməkdaşlıq edirik. Bu mövzuda tərəfdaşlarımızla davamlı olaraq ictimaiyyətə açıq vebinarlar və seminarlar keçiririk.
Biz, Qərbi Kaspi Universiteti olaraq davamlılığa dair illik hesabat yayımlayır, burada universitetimizin vizionunu, ambisiyasını və davamlılıq üçün etdiyimiz işləri bölüşürük.
Əlaqəli videolar:
Bu məqsədlə bağlı kurslar/modullar: