Qərbi Kaspi Universiteti

XƏBƏRLƏR

TƏLƏBƏLƏRİMİZ QALİBLƏR SIRASINDA!

TƏLƏBƏLƏRİMİZ QALİBLƏR SIRASINDA!

Qərbi Kaspi Universitetinin Yüksək texnologiyalar və innovativ mühəndislik məktəbinin tələbələrinin iki komandası Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə keçirilən "GreenTech" Startap və Yaşıl Texnologiyalar" müsabiqəsində iştirak edib.

17 universitetin 200 tələbədən ibarət 60-dan çox komandası 5 kateqoriya üzrə mübarizə aparıb.

"Dayanıqlı akvaponik sistem" və "Plastik səki daşları" startap layihələri ilə yarışda iştirak edən komandalarımızın hər ikisi ("İnsanlıq naminə olan texnologiyalar" və "Robototexnika" kateqoriyaları üzrə) 3-cü yerə layiq görülüb.