Kibertəhlükəsizliklə bağlı seminar təşkil edilib
Qərbi Kaspi Universitetinin Proqramlaşdırma və İnformasiya təhlükəsizliyi kafedrası və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin birgə təşkilatçılığı ilə kibertəhlükəsizliklə bağlı seminar təşkil edilib.
Seminarda tələbələrimizə Man-In-The-Middle Attacks, Backdoor Attacks haqqında məlumat verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, kibertəhlükəsizlik sahəsində silsilə seminarlar davam edəcək.