Bİznes Məktəbİ

Yalnız diplom deyil, təhsil əldə et

Biznes məktəbi Qərbi Kaspi Universiteti  yarandığı gündən fəaliyyət göstərir. Məktəbin əsas vəzifəsi işgüzar həyatda fəal iştirak etmək üçün zəzuri olan bilik və təcrübi bacarıqlar qazanmaq imkanı yaratmaqdır. Bütün ixtisaslar üzrə tələbələrin Azərbaycan, Rus və İngilis dillərində təhsil almaq imkanları vardır. 

Məktəbin nəzdində Maliyyə və Menecment kafedrası, Maliyyə və mühasibat uçotuMenecment və Turizm adlı kürsülər fəaliyyət göstərir.

Biznes məktəbinin müəllim heyəti 7 nəfər elmlər doktoru, 21 nəfər fəlsəfə doktoru, 12 nəfər isə ABŞ, Böyük Britaniya, Almaniya, Rusiya, Türkiyə və başqa xarici ölkələrdə təhsil almış , xalq təsərrufatının aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir.  Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.

Tələbələrimiz Dünya Bankı, Birləşmiş Millətlər Təşkilatı, AMOCO, Praysuotershaus Kupers, BP, Hyatt Regency, Radisson və başqalarının təşkil etdiyi  görüşlərdə, təqdimat mərasimlərində və başqa tədbirlərdə iştirak edirlər. Bununla tələbələr praktik bacarıqlar və təcrübə qazanır və Universiteti bitirdikdən sonra işə düzəlmək imkanı əldə edirlər. Məktəb beynəlxalq TASİS/TEMPUS, Erasmus Mundus, MövlanaVisegrad Fondu və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.

Biznes məktəbinin müasir kompüter, internet mərkəzi və elmi kitabxana mərkəzi var. 

Akademik heyət: 

Könül Hilal - İqtisad Elmləri üzrə fəlsəfə doktoru.

Pərviz Hacıyev - İqtisadiyyat üzrə fəlsəfə doktoru (PhD)

 

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə
  • Maliyyə
  • Mühasibat uçotu və audit
  • Menecment
  • Turizm və otelçilik
  • Biznesin idarə olunması
  • Marketinq 
Magistratura səviyyəsi üzrə
  • Maliyyə 
  • Biznesin təşkili və idarə edilməsi (MBA)
  • Biznesin təşkili və idarə edilməsi
  • Turizm və otelçilik 
  • Menecment
Doktorantura və dissertantura pilləsi üzrə
  • Daxili fiskal siyasət və dövlət maliyyə