Dİzayn Məktəbİ

Bacarıqlarınızı dəyərləndirin

Dizayn məktəbi 1996-cı ildən fəaliyyət göstərir. Məktəbin nəzdində Dizayn kafedrasıRəsm və rəngkarlıqKompüter qrafikası və  Ümum dizayn və həcmli yaradıcılıq kürsüləri fəaliyyət göstərir.

Məktəbin məqsədi qlobal düşüncə tərzinə və zəruri professional kompetensiyalara malik mütəxəssis hazırlamaqdır. Müasir cəmiyyətin tələblərinə cavab verən təhsil nəticəsində əldə edilən biliklər və bacarıqlar gələcək mütəxəssislərə bədii-layihə məsələlərini həll etməyə kömək edəcək.

Nəzərdə tutulmuş proqramın həyata keçirilməsi üçün məktəbdə yaradılan yaradıcılıq emalatxanaları yeni avadanlıq və materiallarla təchiz edilmişdir: metalın və ağacın emalı üçün dəzgahlar, 3D printer, zəruri alətlər və s. Kompüter sinifləri modernləşdirilərək  müasir proqram təminatı ilə yeniləndirilmişdir.  

Tələbələr yeni konsepsiyaya əsasən bədii yaradıcılığın bütün incəliklərinin mənimsənilməsi üçün  inteqrativ  sistemə uyğun olaraq təhsil alacaqlar və bütün fənlərin  ənənəvi  tədrisi ilə bərabər müasir informasiya texnologiyalarından istifadə edəcəklər. Bu konsepsiya memarlıq-dizayn istiqaməti üzrə təhsil alan tələbələrə qrafik mədəniyyətin bütün imkanlarını aşılayaraq layihələndirmənin yeni metodlarından istifadə etməyə imkan yaradacaq.

Tələbələrə təcrübədə dəstək olmaq və onların professional kadr kimi formalaşması məqsədi ilə Qərbi Kaspi Universiteti avropanın müxtəlif universitet və dizayn məktəblərinin məşhur dizaynerlərinin master-klasslarını təşkil edir. Bundan əlavə olaraq məktəbi "Knauf Marketing Baku” şirkəti ilə əməkdaşlıq edir. Məktəb tələbələrə Erasmus MundusMövlana və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

Akademik heyət: 

  • Elçin Əliyev - Azərbaycan Memarlar İttifaqının üzvü, Qərbi Kaspi Universitetinin Professoru, Sənətşünaslıq üzrə elmlər doktoru. 
  • Əliyeva Pərvanə - Azərbaycan Memarlar İttifaqının üzvü, Dizayn məktəbinin müdiri
  • Gülrəna Mirzə - Sənətşunaslıq üzrə fəlsəfə doktoru, dosent. 
  • Müşfiq Əliyev - Azərbaycan Rəssamlar İttifaqının üzvü, Dizayn məktəbinin rəsm və rəngkarlıq müəllimi 
  • Ramiz Aşurli- Qərbi Kaspi Universitetinın Dizayn kafedrasının müəllimi
  • Aşurli Yevgeniya - Dizayn kafedrasının dosenti, Azərbaycan Dizaynerlər İttifaqının üzvü

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə
  • Dizayn
Magistratura səviyyəsi üzrə
  • Dizayn və texniki estetika
Doktorantura və dissertantura pilləsi üzrə
  • Texniki estetika və dizayn