İctİmaİ elmlər məktəbİ

Müvəffəqiyyət qazanmağı öyrən

 

İctimai Elmlər Məktəbi Qərbi Kaspi Universitetinin aparıcı məktəblərindəndir, yüksək ixtisaslı kadr hazırlığı istiqamətində Psixologiya, Tarix, Fəlsəfə, və s. ixtisasları üzrə bakalavr və ali təhsilin magistratura səviyyəsində kadrların hazırlanmasına rəhbərlik edir. 

Məktəbin nəzdində İctimai Elmlər Kafedrası, Tarix və Fəlsəfə, Pedaqogika və PsixologiyaHüquq kürsüləri fəaliyyət göstərir.

İctimai Elmlər Məktəbinin əsas məqsədi gənc və müstəqil dövlətimizin demokratiya yolunda gələcək inkişafı üçün tələb olunan yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsindən ibarətdir. Fundametal biliklər verən məktəbimizin missiyası tələbələri seçdikləri ixtisas sahələri üçün zəruri olan metodoloji, empirik və analitik bacarıqlarla silahlandırmaq, təhsilalanları ictimai həyata və səmərəli əmək fəaliyyətinə hazırlamaqdır.

Tələbələr üçün mütəmadi olaraq onların dünyagörüşünün formalaşmasına xidmət edən, respublikanın tarixində və həyatında önəmli hadisələrə həsr olunmuş ictimai-siyasi və s. müxtəlif formatlı tədbirlər həyata keçirilir.

Məktəbin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

Tələbələrə Erasmus MundusMövlana və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə
  • Tarix 
  • Fəlsəfə 
  • Psixologiya
Magistratura səviyyəsi üzrə
  • Psixologiya