İqtİsadİyyat Məktəbİ

Biliyə sahib ol, həyatını dəyiş

 

İqtisadiyyat  Məktəbi Qərbi Kaspi Universitetinin aparıcı məktəblərindən biridir. Məktəbin əsas vəzifəsi strateji düşünmə, iqtisadiyyatın fəaliyyətinin nəzəri əsasları, iqtisadi sistemlərin inkişafı, iqtisadi prosesləri təhlil etmə üsulları, eləcə də effektiv idarəetmə qərarlarını qəbul edə biləcək yüksək ixtisaslı mütəxəssislərin hazırlanmasıdır.

Məktəbin nəzdində İqtisadiyyat kafedrası, İqtisadiyyatƏmtəəşünaslıq və ekspertiza kürsüləri fəaliyyət göstərir.

Məktəb xarici ölkələrdə təhsil almış, iqtisadiyyatın aparıcı sahələrində çalışan mütəxəssislərdən ibarətdir. Bununla yanaşı xarici ölkələrin aparıcı ali təhsil ocaqlarından dəvət olunmuş professor-müəllimlər tədris prosesinə cəlb olunurlar.

Məktəb beynəlxalq, Erasmus Mundus, Mövlana, Beynəlxalq Visegrad Fondu və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.

İqtisadiyyat məktəbinin müasir kompüter, internet mərkəzi və elmi kitabxana mərkəzi var. Universitetdə müxtəlif tədris kursları fəaliyyət göstərir. Həmçinin məktəb tələbələrə Erasmus Mundus, Mövlana və digər beynəlxalq proqramlarda iştirak etmə imkanını yaradır.

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

 

Bakalavr səviyyəsi üzrə
  • İqtisadiyyat 
  • Dünya iqtisadiyyatı
  • Sənayenin təşkili və idarə edilməsi
  • Dövlət və Bələdiyyə idarəetməsi
  • İstehlak malların ekspertizası və marketinqi
Magistratura səviyyəsi üzrə
  • İqtisadiyyat
  • Dünya İqtisadiyyatı 
Doktorantura və dissertantura pilləsi üzrə
  • Dünya iqtisadiyyatı
  • Ümumi iqtisadiyyat
  • Sahə iqtisadiyyatı