Tətbİqİ və Təbİət Elmlərİ Məktəbİ

Elmin aparıcı olduğu yer

 

Tətbiqi və Təbiət Elmləri Məktəbi Qərbi Kaspi Universitetinin qabaqcıl məktəblərindən biridir.

Məktəbin nəzdində Təbiət Elmləri kafedrası, Ekologiya, Kimya və BiologiyaRiyaziyyat və Fizika kürsüləri fəaliyyət göstərir.

Məktəb fizika, tətbiqi riyaziyyat, biologiya, kimya və fizika sahələrində yüksək səviyyəli mütəxəssislər hazırlayır. Məktəb  ən son laboratoriya avadanlığından istifadə edərək fiziki, fizikokimyəvi profillərinin müvafiq fənləri üzrə dərslər keçirir.  Məktəbin intellektual, maddi və texnoloji resurslarının hazırki vəziyyəti, tətqiqatların aparılması və elmi inkişafına imkan yaradır.

Məktəbin müəllim heyəti akademiklərdən, professorlardan, elmlər və fəlsəfə doktorlarından, yüksək ixtisaslı müəllimlərdən, həmçinin müxtəlif qabaqcıl ölkələrdən dəvət olunmuş mütəxəssislərdən ibarətdir.

Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün məktəbdə ən müasir avadanlıqlarla təchiz olunmuş auditoriyalar, regionda analoqu olmayan Fizika, Kimya, Biologiya, Genetika və  Geomatika laboratoriyaları yaradılıb. Həmçinin Azərbaycan, İngilis, Rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxana mövcuddur.

Biliklərin təkmilləşdirilməsi üçün tələbələr öz ixtisasları üzrə yerli və xarici şirkətlərdə təcrübə keçəcək, həmçinin beynəlxalq və bir sıra dövlət qurumlarının layihələrinə cəlb ediləcəkdir. Bundan əlavə fakültəmiz Erasmus MundusMövlana və digər beynəlxalq proqramlar çərçivəsində xarici əməkdaşlar ilə birlikdə bir sıra layihələrdə iştirak edir.

Akademik heyət:

Günel Bahəddinova - Fizika və riyazziyat kürsüsünün rəhbəri, Astronomiya üzrə fəlsəfə doktoru

Hal hazırda bu məktəbdə aşağıda adı çəkilən ixtisaslar mövcuddur:

Bakalavr səviyyəsi üzrə
  • Meşəçilik
  • Ekologiya 
  • Biologiya 
  • Su bioehtiyatları və akva bitkilər
Magistratura səviyyəsi üzrə
  • Ekologiya