F.A.Q.

Qərbi Kaspi Universitetində hansı ixtisaslara qəbul aparılır?

Qərbi Kaspi Universitetinin qəbul apardığı ixtisasların siyahısı ilə aşağıdakı linkdə tanış olmaq mümkündür:
/az/akprog/undergraduate/undcourses/

İllik təhsil haqqını hissə-hissə ödəmək mümkündürmü?

Bəli. İllik təhsil haqının öncədən razılaşdırılmış qrafik üzrə, hissə-hissə ödənilməsi üçün imkan yaradılır.

Kimlər pulsuz təhsil ala bilər?

Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bötövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar olaraq itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları təhsil haqqının ödənişindən azaddırlar.
Eyni zamanda valideynlərini itirmiş və valideyn himayəsindən məhrum hesab olunan tələbələr təhsil haqqının ödənişindən azaddırlar.

Qərb Universitetinə qəbul olunmuşam. Bilmək istəyirəm ki, qeydiyyat üçün yaşayış yerindən arayış lazımdırmı?

Xeyr, Qərb Universitetinin qeydiyyat üçün tələb etdiyi sənədlərin siyahısında Yaşayış yerindən arayış yoxdur.

Dövlət sifarişli yerlər varmı?

Bəli, bütün ixtisaslar üzrə dövlət sifarişli yerlər də təkilf olunur.

Qərb Univeristetində illik təhsil haqları aşağı salınıb? Təhsil haqları nə qədərdir?

Hazırda universitet infrastrukturunun müasirləşdirilməsi üçün əsaslı işlər aparır, maddi-texniki bazanın gücləndirilməsi təmin edilir, yeni binalar və müasir kampusun tikintisi həyata keçirilir. Universitetdə Yüksək Texnologiyalr və innovativ mühəndislik fakültəsi və yeni ixtisaslar açılıb. Tələbə sayının ciddi şəkildə artacağını nəzərə alaraq universitet illik təhsil haqlarını aşağı sala bilib.

 

Hansı yeni ixtisaslar var?

Universitetimizdə yeni ixtisaslar üzrə kadr hazırlığına başlanacaq. Konkret olaraq deyək ki, bakalavr səviyyəsi üzrə “İstehlak mallarının ekspertizası və marketinqi”, “Meşəçilik”, “Yer quruluşu”, “Torpaq və şəhər kadastrı”, “Memarlıq”, “Dövlət və bələdiyyə idarəetməsi”, “Mühasibat uçotu və audit”, “Sənayenin təşkili və idarə olunması”, “Tarix”, “Fəlsəfə” ixtisasları üzrə növbəti tədris ili üçün qəbul aparılacaq.
Universitetdə mühəndislik istiqaməti üzrə də yeni ixtisaslara qəbul elan edilib. Belə ki, növbəti tədris ilindən etibarən “Mexanika mühəndisliyi”, “Ekologiya mühəndisliyi”, “Mühəndis sistemləri və qurğularının tikintisi mühəndisliyi”, “Cihazqayırma mühəndisliyi”, “Elektronika, telekomunikasiya və radiotexnika mühəndisliyi”, “Mexatronika və robototexnika mühəndisliyi”, “Poliqrafiya mühəndisliyi”, “Sistem mühəndisliyi” və s. ixtisaslaşmalar üzrə də tədris aparılacaq.
Magistratura səviyyəsi üzrə də yeni ixtisaslar yaradılıb. Növbəti tədris ilindən başlayaraq digər istiqamətlərlə yanaşı “Psixologiya” və “Ekologiya” ixtisaları üzrə magistr təhsili almaq istəyənlər də Qərb Universitetini seçə bilərlər.

Qeydiyyat üçün lazım olan sənədlər hansılardır?

Qeydiyyatdan keçmək üçün aşağıdakı sənədlər tələb olunur:


* Attestatın əsli
* Foto şəkil (6 ədəd) (3x4)
* Şəxsiyyət vəsiqəsinin surəti
* Tibbi arayış
* Oğlanlar üçün hərbi arayış və ya hərbi komissarlığın qeyd olunma haqqında şəhadətnamənin surəti
* Təhsil haqqı (50 faiz)
* İş nömrəsi və şifrə