F.A.Q.

Qərb Universiteti tələbələrin xaricdə təhsilinə dəstək verirmi?

Qərb Universiteti bir sıra mübadilə proqramlarının iştirakçısıdır. Universitetin beynəlxalq əməkdaşlqı şəbəkəsi dünyanın 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Bu tərəfdaşlıq layihələri Erasmus+, Mövlanə tələbə mübadilə proqramlarını, magistr kurslarını, müxtəlif formatlı və məzmunlu yay məktəblərini və s. əhatə edir.
Tələbələrimizin xaricdə təhsili üçün maksimal şəkildə dəstək veririk. Bu dəstək həm bir sıra tələbə mübadilə proqramları çərçivəsində, həm də dünyanın 4 aparıcı universiteti ilə birgə həyata keçirdiyimiz ikili diplom layihələri çərçivəsində reallaşdırılır.