Turİzm və otelçİlİk

Proqram: Beynəlxalq turizm və ölkəşünaslıq 12

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 1900 AZN

Beynəlxalq turizm və ölkəşünaslıq üzrə magistr proqramı – tam fənlər arası proqram olaraq, beynəlxalq biznes və beynəlxalq menecmentdə və mədəniyyətlərarası və irsin öyrənilməsi sahəsində turizmin müasir əlaqələndirici kimi öyrənilməsi üzrə proqramdır. Vahid yönümlü təhsil proqramı olaraq, cəmiyyətin dəyişən qlobal tələblərinə və Avropa Birliyinin cəmiyyət inkişafı məqsədlərinə uyğundur.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər 

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar turizm sahəsində layihə rəhbərləri, sahibkarlar, məsləhətçilər xidməti, məhsulların ixtiraçıları və istehsalçı kimi özəl şirkətlər, dövlət və beynəlxalq layihələr, təşkilat və müəssisələrində öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:
- Beynəlxalq turizm fəaliyyətinin təşkili
- İnsan resurslarından istifadənin optimallaşdırılması
- Beynəlxalq turizm şirkətlərinin fəaliyyət mexanizmi
- Turizmdə marketinq konsepsiyası
- Beynəlxalq turizm ehtiyatlarının qiymətləndirilməsi
- Səyahət agentlikləri və tur operatorları
- Vergi menecmenti
- Beynəlxalq turizm sferasında risklər və sığortalanma
- Beynəlxalq turizm və logistika
Peşə hazırlığı üçün seçmə fənlər:
 - Turizmin hüquqi əsasları
- Beynəlxalq turizmin inkişaf siyasəti
- Xarici ölkələrin turizm resurslarının öyrənilməsi
- Beynəlxalq turizm və kurort-sanatoriya ehtiyatlarından istifadə
- Ekskursiya fəaliyyətinin idarə olunması
- Beynəlxalq turizmin coğrafiyası
- Beynəlxalq turizmin iqtisadiyyatı
- XXI əsrdə beynəlxalq turizmin perspektivləri və stimullaşdırılması
- Beynəlxalq və milli turizmin tarixi
- Beynəlxalq kurortlar və regionların rekreasiya problemləri