Bİznesİn İdarə edİlməsİ (MBA) - İkİlİ dİplom

Proqram: Biznesin təşkili və idarə edilməsi üzrə maqistr 

Müddət: 2 il

Təhsil forması: əyani

İllik təhsil haqqı: 2000 AZN

Təlim dili: Azərbaycan, ingilis və rus dili

Biznesin idarə edilməsi (MBA) üzrə magistr proqramı – idarəçilik təşkilatında səmərəli iş fəaliyyəti üçün lazım olan idarəetmə və mühüm təşkilatı qərarların verilməsi bacarıqlarının təkmilləşdirilməsini nəzərdə tutan təhsil proqramıdır. MBA proqramı üzrə məzunlar milli və beynəlxalq təşkilatlarda orta və yüksək səviyyəli rəhbər vəzifələr tutmağa, öz təşkilatlarında mürəkkəb məsələləri həll etmə bacarıqlarına malik olaraq, məsul vəzifələr tutmağa şans əldə edirlər. Proqram zəruri bacarıqları müəyyənləşdirir, o cümlədən: idarəetmə, şəxsiyyətlərarası və kommersiya; bazar haqqında bilik; qlobal dəyişiklərə hazır olan satış, marketinq və əməliyyatlar; maliyyə və mühasibat bacarıqları; müştərilərlə iş bacarıqları; komandada iş, şəbəkənin qurulması və problemlərin həlli üzrə bacarıqları aşılayır. Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır. Magistrlər elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər. 

Bununla yanaşı Qərbi Kaspi Universiteti İkili Diplom - UBİS Proqramını təklif edir

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

İxtisas-peşə hazırlığı fənləri:
- Biznesin idarə edilməsinin müasir problemləri
- Biznesin idarə edilməsinin tarixi və metodologiyası
- Heyətin idarə edilməsinin beynəlxalq aspektləri
- İqtisadiyyat
- Marketinq
- Kommersiya logistikası
- Biznesin maliyyələşdirilməsi
- İdarəetmə uçotu
- Vergi menecmenti
- İnvestisiyaların idarə edilməsi
- Merçansaydinq
- Korporativ idarəetmə
Peşə hazırlığı üçün seçmə fənlər:
- Beynəlxalq kommersiya və reklam fəaliyyəti
- Sənaye marketinqi
- Biznes planlaşdırma
- Maliyyə-ticarət törəmələri və alətləri
- Biznes proseslərinin reinjinirinqi
- Biznes layihələrinin reallaşdırılması mərhələləri
- Biznesdə risklər və sığortalanma
- Fond birjaları və qiymətli kağızlar
- Korporativ ictimai məsuliyyət
- İqtisadi resursların səmərəli idarə edilməsi
- İnvestisiya layihələrinin iqtisadi təhlili
- Korporativ strategiya və s.