İnformasİya texnologİyaları

Proqram: İdarəetmədə informasiya sistemləri üzrə maqistr

Müddət: 2 il

Təhsil forması: əyani
 
İllik təhsil haqqı: 1900 AZN
 
Təlim dili: Azərbaycan, ingilis və rus dili

İdarəetmədə informasiya sistemləri üzrə magistr proqramı - kompüter dizaynı, təhlili və tətbiqi əsasları üzrə təhsil proqramıdır. Magistrantlar kompüterləşdirilmiş informasiya sistemlərinin tətbiqi, internet texnologiyaları, o cümlədən müasir texnoloji biznesin qurulmasını öyrənəcəklər. Magistrlar gələcəyin biznes analitiki strateji imkanları reallaşdırmaq, strateji planlaşdırma texnologiyalarına mövcud və yeni problemlərin həllində tətbiq edilə biləcək bacarıqlarına malik olacaqlar. Magistrantlar rabitə və informasiyaların ötürülməsi, şəbəkələrin yaradılması, məlumat bazasının idarəetmə sistemləri, hesablama və təhlili, layihələndirmə bacarıqlarına malik olacaqlar.

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat sahələrində və dövlət orqanlarında öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:
- İnformasiya texnologiyaların müasir problemləri
- İnformasiya texnologiyaların tarixi və metodologiyası
- Obyektyönümlü proqramlaşdırma
- İntellektual sistemlər
- İnternet texnologiyalar
- Rəqəmsal sistemlərin analizi və layihələndirilməsi
- Elmi tədqiqatlarda və hesablama təcrübələrinin avtomatlaşdırılmasında istifadə olunan proqram paketləri
- Sistem və proseslərin kompyuter modelləşdirilməsi
- Qərarqəbuletmə nəzəriyyəsinin əsasları
- Verilənlərin analizinin müasir problemləri
Peşə hazırlığı üçün seçmə fənlər:
- Elektron hökumət və onun proqram-texniki təminatı
- Kompüter şəbəkələrinin mühafizəsi
- İdarəetnmədə elektron sənəd dövriyyəsi
- Ekspert sistemlər
- Sosial sferanın avtomatlaşdırılma metodları
- İqtisadi və maliyyə riyaziyyatı
- Kompüter texnologiyalarında kriptoqrafik üsullar
- Riyazi və kompüter modelləşdirilməsi