Kompüter elmlərİ

Proqram: Kompüter sistemləri və şəbəkələri sahəsi üzrə maqistr
 
Müddət: 2 il
 
Təhsil forması: əyani
 
İllik təhsil haqqı: 1900 AZN
 
Təlim dili: Azərbaycan, ingilis və rus dili

Kompüter sistemləri və şəbəkələrisahəsi üzrə magistr proqramı –magistrantlara informasiya texnologiyaları, kompüter, informasiya kommunikasiyaları və müasir şəbəkənin dərindən başa düşülməsi üzrə geniş biliklər əldə etmək imkanı yaradan təhsil proqramıdır. Proqram şəbəkənin hərtərəfli layihələndirilməsi və həyata keçirilməsi, şəbəkə məhsuldarlığının təhlili və idarə olunması, şəbəkənin təhlükəsizliyini və ən müasir şəbəkə texnologiyası üzrə bacarıqlarını təkmilləşdirir. Proqram magistrantlara qabaqcıl kompüter texnologiyalarını öyrənərək təhlil etmək, işləyib hazırlamaq, idarə etmək və geniş bilik və praktiki təcrübə imkanlarının genişləndirilməsi üçün nəzərdə tutulub.

Magistrantlar mütləq qaydada elmi-pedaqoji təcrübə keçməli və magistr dərəcəsi almaq üçün magistr dissertasiyasını müdafiə etməlidirlər

Magistr nəzəri prinsip və tədqiqat metodları haqqında ümumi təsəvvürə və dərin biliyə malik olmalı, peşə hazırlığı tələb edən elmi-tədqiqat işi aparmağa və pedaqoji fəaliyyətə hazır olmalı, peşəkar fəaliyyəti çərçivəsində gözlənilməz və mürəkkəb məsələləri həll etməyi bacarmalıdır.

Proqram uğurla başa çatdıqdan sonra magistrlar telekommunikasiya, kompüter, aerokosmik, nəqliyyat sahələrində və dövlət orqanlarında öz peşə fəaliyyətlərini qura bilərlər, eyni zamanda elmi fəaliyyətlərini davam etdirə bilərlər.

Proqramın tərkibi:

 
Humanitar və sosial elmlər:

- Xarici dil

- Ali məktəb pedaqogikası

- Psixologiya

Seçmə fənn:

1. Fəlsəfə

2. Politologiya

İxtisas-peşə hazırlığı fənləri:
- Komyuter mühəndisliyinin müasir problemləri
- Komyuter mühəndisliyinin tarixi və metodologiyası
- Obyektyönümlü proqramlaşdırma
- İntellektual sistemlər
- İnternet texnologiyalar
- Riyaziyyatın xüsusi fəsilləri
- Hesablama təcrübəsinin avtomatlaşdırılması
- Sistem və proseslərin kompyuter modelləşdirilməsi
- Qərar qəbuletmə nəzəriyyəsinin əsasları
- Verilənlərin analizinin müasir problemləri
Peşə hazırlığı üçün seçmə fənlər:
- Komyuter mühəndisliyinin müasir problemləri
- Komyuter mühəndisliyinin tarixi və metodologiyası
- Obyektyönümlü proqramlaşdırma
- İntellektual sistemlər
- İnternet texnologiyalar
- Riyaziyyatın xüsusi fəsilləri
- Hesablama təcrübəsinin avtomatlaşdırılması
- Sistem və proseslərin kompyuter modelləşdirilməsi
- Qərar qəbuletmə nəzəriyyəsinin əsasları
- Verilənlərin analizinin müasir problemləri