Qərbİ Kaspİ Unİversİtetİndə (Qərb Unİversİtetİ) Bayraq Günü qeyd edİlİb

Bildirilib ki, prezident İlham Əliyevin 2009-cu il noyabrın 17-də "Dövlət Bayrağı Günü"nün təsis edilməsi haqqında imzaladığı Sərəncama əsasən, hər il noyabr ayının 9-u ölkəmizdə "Dövlət Bayrağı Günü" kimi qeyd olunur.

Tədbirdə çıxış edən Universitetin Politologiya və beynəlxalq münasibətlər kafedrasının müdiri Cəbi Bəhramov və Qərbi Kaspi Universitetində yeni yaradılmış Tətbiqi Politoligiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu Azərbaycanın müstəqilik tarixindən bəhs edib, üçrəngli bayrağımızın xalqımızın, ölkəmizin formalaşmasının və müstəqilliyinin rəmzi olduğunu qeyd ediblər.

Tədbir Universitetin Tələbə Gənclər Təşkilatının, Tələbə Elmi Cəmiyyətinin və Tələbə Könüllü Birliyinin hazırladığı sənədli videorolik və musiqili-bədii hissə ilə davam edib.

 

gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery