Lego Sumo robototexnİka olİmpİadasının təlİmlərİ başlayıb

Qərbi Kaspi Universitetinin təşkilatçılığı ilə məktəblilər arasında keçiriləcək Lego Sumo robototexnika olimpiadasının təlimləri başlayıb. Olimpiadaya baş vuran məktəblilər universitetin nəqliyyat vasitələri ilə Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin tədbir binasına gətirilmiş, olimpiadanın qaydaları, təlim proqramı və digər məsələlər barədə ətraflı məlumatlandırılmışlar. Xatırladaq ki, olimpiadaya yalnız paytaxt məktəbliləri deyil, region məktəbliləri də qatılıblar. Yarışmada məktəblilərdən ibarət 40-a yaxın komanda iştirak edəcək. Robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədən ölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin təbliği və məktəblilərin təcrübə işlərini geniş ictimaiyyətə çatdırmaqdan ibarətdir. Olimpiadanın fevralın 24-də keçirilməsi nəzərdə tutulur. Bu gündən etibarən isə universitetin mütəxəssislərinin iştirakı ilə olimpiadaya qatılacaq məktəblilər üçün 10 günlük təlimlər start götürür. Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcək. Olimpiada şərtinə əsasən iştirak edəcək hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Hazırlanacaq olan robotun ölçüləri eni və uzunluğu 15 sm, çəkisi 1000 qramı keçməməli, hündürlük isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 sm qara rəngli, kənar ağ xətt çizgiləri 2.5 sm olan sahədə bir-birini sahədən kənara çıxarmaqla döyüşəcəklər. Qaliblər üçün mükafatlar da nəzərdə tutulub. Belə ki, birinci yerin qalibi 1000, ikinci yerin qalibi 800, üçüncü yerə layiq görülmüş iştirakçı isə 600 AZN məbləğində mükafat qazanacaq. IV və V Yerlərin sahiblərinə isə Qərbi Kaspi Universiteti tərəfindən dəyərli hədiyyələr veriləcək.

gallery gallery gallery gallery gallery gallery gallery