Mövlana Mübadİlə Proqramı - Türkİyənİn nüfuzlu unİversİtetlərİndə pulsuz təhsİl İmkanı

Qərbi Kaspi Universiteti Mövlana Mübadilə Proqramı üzrə qəbul elan edir!

Əziz tələbələr və akademik heyət,

Qərbi Kaspi Universiteti  və Türkiyə universitetləri arasında həyata keçirilən Mövlana Mübadilə proqramı 2018-2019 tədris ilində tələbə və müəllimlər üçün artıq açıqdır.

Maraqlananlar ərizələrini Qərbi Kaspi Universitetinin Beynəlxalq  Əlaqələr Şöbəsinə təqdim etməlidirlər:

Ərizələrin qəbulu: 14-25 fevral 2018-ci il.

Ərizə qəbulunun son tarixi: -  25 fevral 2018-ci il

Ərizələrin seçilməsi:  - Aprel, 2018-ci il

Qiymətləndirmə nəticələrinin açıqlanması  - elan olunacaq

 Proqram haqqında daha ətraflı məlumat üçün məlumat sessiyamıza qoşulun!

  • Tarix: 20 fevral
  • Yer: Qərbi Kaspi Universiteti, İstiqlaliyyət küçəsi, 27 (Konfrans Zalı)
  • Saat: 16.40

Tələbələr üçün tələblər:

  • Tələbələr bakalavr, magistr dərəcəsi və ya ali təhsil proqramlarının doktoranturasında təhsil almalıdırlar Tələbələrin ballarının ortalanması (GPA) 4 bal səviyyəsində ən az 2,5 olmalıdır.
  • Magistr tələbələrin (MA, PhD) ballarının ortalanması (GPA) 4 bal səviyyəsində ən az 3.00 olmalıdır
  • 50% dil pilləsi + 50% GPA (ballarının ortalanması)

Birinci ilk semestrdə oxuyan aspirantlar, bakalavr  və magistratura tələbələri, magistraturaya hazırlıq proqramlarında oxuyan tələbələr bu proqrama iştirak edə bilməzlər.

Akademik İşçilər üçün tələblər:

  • Əvvəllər Mövlana Mübadilə Proqramında iştirak etməmiş müəllimlər iştirak edə bilərlər
  • Yetərli dil bacarıqlarına malik olmalıdırlar

Tələblər üçün tələb olunan sənədlər:  

  1. Namizəd Tələbə Ərizə Forması (şəkil ilə)
  2. Tələbə Məlumat Forması
  3. Tələbə Ərizə Forması (şəkil ilə)
  4. Qiymət vərəqəsi (transkript)
  5. Dil Sertifikatı (Qərbi Kaspi Universitetinin İngilis dili və Ədəbiyyatı kafedrası və ya IELTS, TOEFL)

 

Akademik heyət üçün:

  1. Akademik Şəxsi Məlumat Forması (şəkil ilə)
  2. Tərcümeyi – hal
  3. Qəbul edən universitetdə üzərində işləniləcək mövzuya dair nəşrlər və ya layihələrin siyahısı
  4. Seminarın iş planı

 

Əlaqə üçün:

Qərbi Kaspi Universiteti

Beynəlxalq Əlaqələr Ofisi

İstiqlaliyyət 27, Bakı, AZ1001

Telefon: (+994 12) 492 74 18

Faks: (+994 12) 492 67 01

Email: gunay.mustafayeva@wu.edu.az