Müəllİmlərİmİz üçün treynİnqlər davam edİr

Universitetin İmtahan və Keyfiyyətə Nəzarət Şöbəsi tərəfindən təşkil olunan "Müəllim-lider" adlı təlimlərdə öyrətmə metodikasının təkmilləşdirilməsinə yönəlmiş müxtəlif keyslər, interaktiv oyunlar tətbiq olunub, bir sıra nəzəri, praktik biliklər diqqətə çatdırılıb. Qeyd edək ki, Qərbi Kaspi Universiteti professor-müəllim heyətinin peşəkarlığının artırılması, dərs metodikasının təkmilləşdirilməsi istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Dünyanın aparıcı universitetlərinin nüfuzlu mütəxəssislərinin iştirakı ilə universitetimizdə müntəzəm olaraq təlim, seminar və mühazirələr təşkil olunur, müəllimlərimiz beynəlxalq seminar və mühazirələrə qatılır.

gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery gallery