Qərb Unİversİtetİ İDMAN KLUBU Qax rayonunda Dağçılıq düşərgəsİndə İştİrak edİb

Qax rayonu ərazisində təşkil olunmuş Dağçılıq Təlimləri Düşərgəsində fərqli yaş qruplarından olan iştirakçılara 5 gün ərzində təməl dağçılıq dərsləri keçirilib. Təlimlərdə Qərb Universitetinin tələbələri də aktiv şəkildə iştirak ediblər. Qərb Universiteti İdman Klubunun əməkdaşı və təlimçisi duşərgədə dağçılıq tarixi, növləri, ip düyünləri kimi mövzularda təlimlər keçib. Qeyd edək ki, Qərb Universiteti İdman Klubu dağçılıq idmanı sahəsində böyük təcrübəyə malikdir və yay ayları ərzində Klubun fəaliyyəti ölkəmizdə və ölkəmizin hüdudlarından kənarda yerləşən bir sıra dağ zirvələrinə yürüşlərlə davam edəcək

gallery gallery gallery gallery gallery