Qərb Unİversİtetİnİn İdman Klubu bİrİncİ yerİ qazandı

"ClimBaku" İdman Dırmanması Mərkəzində keçirilən idman dırmanması üzrə Açıq Respublika Çempionatı uğurla başa çatdı. Qərb Universitetinin İdman Klubu Kişi atletlərin boulderinq üzrə final mərhələsində tutduğu birinci yerlə yanaşı Qadın atletlərin sürət və boulderinq üzrə final mərhələsində 2 və 3 cü yerləridə qazanmışdır. 

İdman klubumuzun üzvlərini təbrik edir və onların bundan sonrakı yarışlardada zirvələrdə olmasını arzu edirik.

 

Kişi atletlərin boulderinq üzrə final mərhələsinin nəticəsi:
I - Yer: Vahid Bayramlı ("Qərb Universteti" İdman Klubu)

Qadın atletlərin sürət üzrə final mərhələsinin nəticəsi:
III - Yer: Sima Səfərova ("Qərb Universteti" İdman klubu)

Qadın atletlərin boulderinq üzrə final mərhələsinin nəticəsi:
II - Yer: Sima Səfərova ("Qərb Universteti" İdman Klubu)