Qərbİ Kaspİ Unİversİtetİ LEGO Sumo robototexnİka olİmpİadasına START verİr

Qərbi Kaspi Universiteti (Western Caspian University) LEGO Sumo robototexnika olimpiadasının qeydiyyat davam edir - 
5-11-Cİ SİNİF ŞAGİRDLƏRİ QATILA BİLƏR

Qərbi Kaspi Universiteti tərəfindən təşkil olunan məktəblilərarası robototexnika olimpiadasının keçirilmə məqsədi məktəblilər arasında mühəndislik ixtisaslarının təbliği, bütün dünyada, o cümlədənölkəmizdə də əmək bazarında tələbat olan robototexnika mühəndisliyinin məktəblilər arasında təbliği və məktəblilərin təcrübə işlərini geniş kütləyə göstərməkdən ibarətdir.
Olimpiada dünyaca məşhur LEGO (ev3) robototexnika konstruktoru üzərində keçiriləcəkdir. Olimpiada şərtinə əsasən iştirak edəcək olan hər komanda Qərbi Kaspi Universiteti tərəfindən veriləcək LEGO ilə yapon milli güləşiçisi olan SUMO döyüşçüsü hazırlamalıdır. Hazırlanacaq olan robotun ölçüləri eni və uzunluğu 15sm, çəkisi 1000 qramı keçməməli, hündürlük isə istənilən ölçüdə ola bilər. Hazırlanan robotlar diametri 77 sm qara rəngli, kənar ağ xətt çizgiləri 2.5 sm olan sahədə bir-birini sahədən kənara çıxarmaqla döyüşəcəklər.
Məktəblilərin dərs qrafikini nəzərə alaraq olimpiadanın təlimləri və yarışma prosesi dərsdən sonra və həftəsonları keçiriləcəkdir. Olimpiadadan öncə Qərbi Kaspi Universitetinin mütəxəssisləri tərəfindən məktəblilərə təlimlər keçiriləcək və hər komandaya LEGO EV3 konstruksiyası veriləcəkdir.

Mükafatlar
I Yer – 1000 AZN
II Yer – 800 AZN
III Yer – 600 AZN
IV və V Yerlərin sahiblərinə – Qərbi Kaspi Universiteti tərəfindən dəyərli hədiyyələr veriləcəkdir.

Əsas tarixlər:
Qeydiyyat başlayır: 28 Dekabr, 2017-ci il
Qeydiyyat bitir: 31 yanvar 2018-ci il
Təlimlər: 5-15 fevral, 2018-ci il
Olimpiada günü: 24 Fevral 2018-ci il

Qeydiyyatdan keçmək üçün buraya keçin

Əlaqə: +994 12 565 39 74