Qərbİ Kaspİ Unİversİtetİ "Hackathon Azerbaİjan" layİhəsİnə təşkİlatİ dəstək verdİyİ üçün sertİfİkat İlə təltİf edİlİb.

Qərbi Kaspi Universiteti "Hackathon Azerbaijan" layihəsinə təşkilati dəstək verdiyi üçün sertifikat ilə təltif edilib.

Qeyd edək ki, Azərbaycanda ilk dəfə keçirilən “Game Jame” hackathon müsabiqəsinin final mərasimi baş tutub. Final mərasimində iştirak edən Qərbi Kaspi Universitetinin əməkdaşı Könül Hilal tədbirdə çıxış edərək universitetimizin bu sahəyə daim maraq göstərdiyini və dəstəklədiyini bildirib. Qərbi Kaspi Universitetində Yüksək Texnologiyalar və İnnovativ Mühəndislik Məktəbinin yaradıldığını diqqətə çatdıran K.Hilal bildirib ki, Məktəb bu sahədə ən müasir avadanlıq və qurğularla təchiz olunmuş laboratoriya və Mərkəzlərə malikdir, hazırda isə məhz mühəndislik ixtisasları üzrə kadr hazırlığının keyfiyyətini yüksəltmək üçün Texnopark qurulmaqdadır.

Müsabiqə şərtlərinə əsasən iştirakçılar tərəfindən hazırlanan 3D oyunlar münsiflər tərəfindən ayrılıqda qiymətləndirilərək final günündə elan olundu. Müsabiqədə iştirak edən Qərbi Kaspi Universitetinin komanda üzvləri həvəsləndirici yerin qalibi olaraq sertifikat və qiymətli hədiyyələr ilə təltif ediliblər. 
Müsabiqədə 1-ci yerin sahibinə 3000 AZN, 2-ci yer 2000 AZN və 3-cü yerin qalibinə 1000 AZN pul mükafatı verilib.
Müsabiqə gənclərin bu sahəyə marağının artırılması baxımından olduqca əhəmiyyətli hadisə kimi yadda qaldı.