Qərbİ Kaspİ Unİversİtetİndən üçlü dİplom layİhəsİ

Qərbi Kaspi Universiteti ikili diplom proqramını daha bir tərəfdaşlıq layihəsi ilə üçlü diplom proqramına çevirib.

İsveçrənin Biznes və Beynəlxalq Tətqiqatlar Universiteti (UBIS) ilə birgə həyata keçirilən MBA proqramı ABŞ-ın Potomak Universiteti (University of Potomac)  ilə əməkdaşlıqla bir qədər də genişləndirilərək üçlü diplom proqramına çevirilib.

Universitetin ikili diplom proqramında təhsil alan tələbələri üç istiqamətdən (Menecment, Marketinq, Bank işi və Maliyyə) birini seçib əlavə 4 fənn keçməklə üçüncü diploma da əldə edəcəklər.

Qeyd edək ki, Potomak Universiteti 1989-ci ildə Vaşınqton şəhərində yaradılıb. Universitet Middle States Commission on Higher Education (Middle States Ali Təhsil Komitəsi) tərəfindən akreditasiyadan keçib.

Qeyd edək ki, beynəlxalq əməkdaşlıq, iki və çoxtərəfli layihələr baxımından uzunmüddətli təcrübəyə malik olan Qərbi Kaspi Universitetinin beynəlxalq şəbəkəsi 200-dən artıq təhsil müəssisəsini əhatə edir. Universitetin xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus plyus və Mövlanə mübadilə layihələri çərçivəsində bu ali təhsil ocağının tələbələri dünyanın aparıcı universitetlərində təhsil ala bilirlər.

Əlaqə üçün: 

Qərbi Kaspi Universiteti, İstiqlaliyyət küçəsi, 27

Telefon: (+994 12) 492 74 18

E-mail: mba@wu.edu.az