Tanınmış ekspertİn unİversİtetİmİzdə mühazİrəsİ

Beynəlxalq münaqişələr üzrə tanınmış ekspert, Qərbi Kaspi Universitetində (əvvəlki Qərb Universiteti) yeni yaradılmış "Multikuluralizm" Mərkəzinin rəhbəri Arye Qut universitetin Siyasi və İctimai Elmlər Məktəbinin (Fakültə) tələbələri üçün mühazirə deyib.

Ekspert dünyada mövcud multikultaral dəyərlər, bu istiqamətdə Azərbaycanın nümunəvi təcrübəsi, Dağlıq Qarabağ münaqişəsi və onun həlli perspektivləri, İsrail-Azərbaycan münasibətləri, Yaxın Şərq konflikti mövzularında tələbələrlə fikir mübadiləsi aparıb, onları maraqlandıran sualları cavablandırıb.

Xatırladaq ki, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında daim dəstək verən A.Qut Qərbi Kaspi Universitetinin 1997-ci il məzunudur.

 

Tanınmış ekspert tələbələr üçün mühazirə dedi
gallery gallery gallery gallery gallery