Tələbələr üçün vloqqerlİk təlİmİ

Sabah, 26 yanvar, 2018-ci il tarixdə saat 13.45-də Qərbi Kaspi Universitetin Konfrans Zalında tələbələr üçün Video Bloqqerlik təlimi təşkil olunacaq. 
Video Bloggerlik və onun üçün lazım olan proqramlar, Youtube və digər şəbəkələrdə düzgün kontent hazırlanması mövzularını əhatə edəcək təlim peşəkar Vloqqerlər tərəfindən aparılacaq. Təlim Qərbi Kaspi Universitetinin tələbələri üçün nəzərdə tutulub. İştirak arzusunda olanlar ad, soyad və əlaqə nömrələrini facebook səhifəmizin  mesaj qutusuna göndərə bilərlər.