Haqqımızda

1991-ci ildə əsası qoyulmuş Azərbaycanın ilk özəl ali təhsil müəssisələrindən biri olan Qərb Universiteti fəaliyyət göstərdiyi ötən illər ərzində ölkənin aparıcı ali təhsil ocaqlarından birinə çevrilib.

1992-ci ildən UNESCO nəzdindəki Beynəlxalq Universitetlər Assosiasiyasının üzvüdür.

1996-cı ildən İdarəçiliyin İnkişafı üzrə Avropa Fondunun üzvüdür.

1999-cu ildən Qara Dəniz Ölkələri Universitetlər şəbəkəsinin üzvüdür.

Hazırda Qərb Universiteti 50-yə yaxın ixtisas üzrə 1500-dən çox tələbəyə əyani və qiyabi təhsil proqramlarına əsaslanan təhsil verir.

2001-ci ildən Beynəlxalq İnzibati Elmlər İnstitutunun və "Atlas” Beynəlxalq Turizm Assosasiyasının üzvüdür.

Universitet bir sıra beynəl-xalq proqram və layihələrdə yer almaqla öz akademik fəaliyyətini genişləndirmiş, təhsil dünyasında mövqeyini möhkəmlətmiş və gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır. Partnyorlar

Tələbələrin Avropa, ABŞ və dünyanın
başqa ölkələrinin universitetləri, eləcə də kollec
və özəl məktəblərdə təhsil almaq imkanları.

Xaricdə təhsil layihəsi qısa və uzunmüddətli dövrdə xaricdə təhsil proqramlarında iştirak etmək imkanı yaradır. Hazırda Erasmus + mübadilə layihəsi çərçivəsində universitetin tələbələri Çexiya, Polşa, Latviya, Rumıniya, Türkiyə, Irlandiya kimi ölkələrin aparıcı universitetlərində təhsil ala bilərlər.

Qərbi Kaspi Universiteti Böyük Britaniyanın "Koventri və bu ölkənin Sinqapurda yerləşən "London Biznes və Maliyyə Məktəbi”, İsveçrənin UBİS və Çexiyanın NEWTON Universitetləri ilə ikili diplom layihələrini həyata keçirir.