Aİdə Mİrzəyeva

Qərbi Kaspi Universitetinin İngilis Dili və Ədəbiyyatı kafedrasının və İşçi Dillər Mərkəzinin ingilis dili müəllimi

Akademik fəaliyyətinin istiqamətləri:

Xarici dil - Qeyri-ixtisas fakültələrdə ingilis dilinin listening, reading, writing, speaking bacarıqlarını formalaşdırmaq, səlis ingilis dilində danışmağı öyrətmək

Oxuyub anlama və yazı - ingilis filologiyası fakültəsində tədris edildiyi fənnin məqsədi  müxtəlif mövzularda olan mətnləri oxumaq, mənasını düzgün dərk etmək və mətnə aid olan sualları düzgün cavablandırmaqdan ibarətdir.

Yazılı anlama və ifadə - ingilis dili filologiyası fakültəsində tədris edildiyi fənnin məqsədi - yazı bacarıqlarını formalaşdırmaq, sözlərin leksik mənalarını öyrənmək, qramatik cəhətdən düzgün cümlə qurmaq.

Eşidib anlama və nitq- ingilis dili filologiyası fakültəsində tədris edildiyi fənnin məqsədi- dinlənən danışığı düzgün anlayıb cavablandırmağı bacarmaq

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 

Mirzəyeva Aidə Akif qızı, 09 may 1979-cu il tarixdə Sumqayıt şəhərində anadan olub. 1996-cı ildə orta məktəbi əla qiymətlərlə bitirib. 1996-2000-ci illərdə Azərbaycan Dövlət Dillər Universitetinin filologiya fakültəsində ingilis dili müəllimi ixtisası üzrə bakalavr, 2006-2008-ci illərdə isə Azərbaycan Dillər Universitetinin dilşünaslıq fakültəsində ingilis dili ixtisası üzrə magistr dərəcələri alıb. Müxtəlif illərdə tərcüməçi işləyib. 18 illik ingilis dili müəllimi təcrübəsinə malikdir. 2017-ci ildən Qərbi Kaspi Universitetinin “İngilis dili və ədəbiyyatı” kafedrasının və İşçi Dillər Mərkəzinin müəllimi vəzifəsindədir.

Azərbaycan, rus və ingilis dillərində sərbəst danışıb, tədris edir. Müəllim işlədiyi müddət ərzində 2001-ci ildə “Tənqidi təfəkkürün inkişafı üçün mütaliə və yazı”, 2010-cu ildə “Gələcək üçün Təhsil”, 2011-ci ildə “Dymo/Mimio interaktiv texnologiyaları ilə tədris”, 2015-ci ildə “Ümumi orta təhsil səviyyəsində yeni fənn kurikulumlarının tətbiqi” və 2017-ci ildə “Müasir və dəyişən dünyada millətlərin milli özünü dərketmə və tanıma proseslərinin əsaslı problemləri” adlı ixtisasartırma kurslarını müvaffəqiyyətlə bitirmiş, Təhsil Nazirliyi tərəfindən müəllimlər üçün müxtəlif illərdə keçirilmiş imtahanlarda daima 100% nəticə göstərmiş, diaqnostik qiymətləndirməmin nəticəsi 95% olmuşdur.