Aşurlİ Yevgenİya

Dizayn kafedrasının dosenti

Azərbaycan Dizaynerlər İttifaqının üzvü

Akademik fəaliyyətinin istiqamətləri:

  • Arxitektonika

  • Sistemli layihələndirmə

  • Mühit dizaynı

  • Dizaynda patentləşdirmə 

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Aşurli Yevgeniya Alekseyevna 28 fevral 1949-cu ildə Rusiyanın Kursk şəhərində anadan olub. 1967-1974 illər ərzində Azərbaycan Neft və Kimya İnstitutu, mühəndis-mexanik ixtisası üzrə oxuyub. 1992-ci ildə Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun Beynəlxalq Biznes Məktəbi, reklam işi ixtisası üzrə təhsil alıb. 1997-ci ildən Azərbaycan Dizaynerlər İttifaqının üzvüdür. 1972-1987 illər ərzində L.Şmidt adına olan zavodun XKB-su, “AzİNMAŞ” ETİ-tu, Azərbaycan EA-nın Riyaziyyət və Mexanika ETİ-tu mühəndis-konstruktor kimi fəaliyyət göstərib. 1987-1993 illər ərzində“Nefteximavtomat” ETLİ-nun dizayn-bürosunda, eyni vaxtında İliç adına Mədəniyyət və texniki sarayında Konstruktivləşdirmə dərnəyinin rəhbəri olub.1993-1995 illərdə “Futuroloq” AFTK-də Dizayn kafedrasının müəllimi olmuşdur. 1996-1999  Moskva Açıq Sosial Universitetinin Dərbənd filialının (ДФ МОСУ)  İncəsənət fakultəsinin dekanı və baş müəllimi vəzifəsində çalışıb. 1994-2001 illərdə Azərbaycan Dövlət İncəsənət Universitetinin Dizayn kafedrasının müəllimi olub. 2001-ci ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında Dizayn kafedrasının müəllimi, sonra baş müəllim təyin olunmuşdur. 2010-cu ilin dekabr  ayından Dizayn kafedrasının dosentidir. 2001-ci ildən Qərbi Kaspi Universitetinin Dizayn kafedrasının müəllimi, sonra baş müəllimi, 2016-cı ildən – dosent (əvəzi) vəzifəsini tutur.

Elmi nəşrlər: 

  • "Pedaqogikada dizayn və innovasiya" adlı məruzə. "II-ci Respublika Dizayn Konfransının toplusu". 2001. 5 səh.
  • "Dağıstan xalq sənətkarlığının yenidən qurulması və inkişaf etdirilməsi layihəsi" adlı məruzə. UNESCO-nun Dərbənd şəhəri. abudur və yenidən qurulmasına həsr olunmuş konfransı. MOSU Dərbənd filialının metodik materialları toplusu. 2001. 6 səh.
  • "Gözəllik dünyanı xilas edir" məqaləsi (dos. İ.A.Ababaev həmmüəllifliklə). MOSU Dərbənd filialının məqalələr toplusu. 2002. 3 səh.
  • "Qrafik dizayn tədrisinə dair metodik materialların nəzərdən keçirilməsi" məqaləsi. MOSU Dərbənd filialının metodik materialları toplusu. 2002. 6 səh.
  • "Təhsildə informasiya texnologiyaları" adlı məruzə. "Azərbaycan Elmi və Mədəniyyəti: aktual problemlər" elmi-praktik konfransının toplusu. Qərb Universitetinin Nəşriyyatı. Bakı, 2003. 6 səh.
  • "Müasir təhsil problemləri" adlı məqalə (prof. A.Ələsgərov həmməllifliklə). Heydər Əliyev 80 illiyinə həsr olunmuş elmi konfransın toplusu. Təhsil Nazirliyin Nəşriyyatı. Bakı, 2003. 7 səh.
  • "Təhsildə innovativ üsullar" məruzə. "XXI əsrin elmi" konfransı. Qərb Universiteti. 2003. 4 səh.
  • "İnformasiya texnologiyaları və sənət" adlı məqalə. Heydər Əliyev xatirəsinə həsr olunmuş elmi konfransın toplusu. Qərb Universitetinin Nəşriyyatı. Bakı, 2006. 3 səh.
  • "Dizayn tədrisində giriş kursunun əhəmiyyəti" metodik vəsaiti. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2008. 25 səh.
  • "Dizayn təhsili sistemində sənət və dizayn təhlili" məqaləsi (Ş.M.Ələsgərov həmmüəllifliklə). Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2008. 6 səh.
  • "Dizayn təlimində müasir texnologiya tətbiqi" məqaləsi (F.N.Dadaşov həmməllifliklə). Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2010. 33 səh.
  • "Arxitektonika" fənni üzrə tədris-metodik vəsaiti. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2011. 53 səh.
  • "Uzaqdan təhsildə informasiya texnologiyaları" məqaləsi. Qərb Universiteti. Elmi xəbərlər. İctimai və texniki elmlər seriyası. № 1 - 2011. 7 səh.
  • "Qrafik dizayn tədrisində dünya təcrübəsinin təhlili" məqaləsi. Qərb Universiteti. Elmi xəbərlər. İctimai və texniki elmlər seriyası. № 2 - 2012. 7 səh.
  • "Konstruktivləşdirmənin əsasları" fənni üzrə tədris-metodik vəsaiti. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2012. 43 səh.
  • "Hazırkı mərhələdə dizayn təhsili" adlı məqalə. Qərb Universitetinin Nəşriyyatı. Bakı, 2014. 5 səh.
  • "Mühəndislik intizamlarının tədris dizaynında əhəmiyyəti" məqaləsi. Qərb Universiteti. Elmi xəbərlər. İctimai və texniki elmlər seriyası. № 1 - 2014. 7 səh.
  • "Texniki fənlərin dizayn təhsilində əhəmiyyəti. I-ci hissə "tədris-metodik vəsaiti. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2014. 19 səh.
  • "Muzeylərin maddi abidələrin və mənəvi mədəniyyətin qorunmasında rolu". Beynəlxalq Muzeylər Gününə həsr olunmuş elmi-praktik konfransında məruzə. Qərb Universiteti. 2014. 6 səh.
  • "Dizayn tədrisində giriş kursunun əhəmiyyəti" metodik vəsaiti (dos F.N.Dadaşov həmməllifliklə). Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2015. 43 səh.
  • "Dizayn tədrisində müasir texnologiya tətbiqi" metodik vəsaiti (dos F.N.Dadaşov hemmüəllifliklə). Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2015. 35 səh.
  • "Həcmli formaların arxitektronikası" dərs vəsaiti. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Qərb Universitetinin Nəşriyyatı. Bakı, 2015. 105 səh.
  • "Texniki fənlərin dizayn təhsilində əhəmiyyəti. II-ci hissə "tədris-metodik vəsaiti. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2015. 16 səh.
  • "Dizayndakı innovativ üsullar" məqaləsi. Qərb Universiteti. Elmi xəbərlər. İctimai və texniki elmlər seriyası. № 4 - 2015. 5 səh.
  • "Dizaynda innovasiya metodları" tədris metodikası. Azərbaycan Dövlət Rəssamlıq Akademiyası. Bakı, 2016. 19 səh.
  • "Dizaynda kompozisiyanin tədrisinin bir neçə aspektləri" metodik vəsaiti. Nəşr üçün hazırlanıb. 20 səh.