Beynəlxalq Əlaqələr

Kitabxana Mərkəzində BMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanaları yaradılmışdır. Burada 1000-ə yaxın müxtəlif təşkilatlarının kitab və informasiya mənbələri oxucuların isitfadəsinə verilmişdir. 2017-ci ildən dünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkətinin GOBI (Global Online Bibliographic Information) platforması ilə əməkdaşlıq edilir. Azərbaycanda fəaliyyət göstərən digər universitetlərin müəllim və professor heyəti, tədqiqatçılar, bakalavr, magistr və doktorant təlbələri kitabxana resurslarından yararlana bilərlər.