Dİstant Təhsİl

Qərbi Kaspi Universiteti distant təhsil üzrə proqramlar həyata keçirir. Qərbi Kaspi Universiteti distant təhsil üzrə öz professor-müəllim heyəti üçün xarici mütəxəssislərin iştirakı ilə mütəmadi olaraq təlimlər təşkil edir. Təlimlərdə xüsusi yaradılmış platforma haqqında məlumatlar verilir, distant təhsildə istifadə olunan metodlar və texnologiyalar nəzərdən keçirilir. Distant təhsili ilə bağlı nümunəvi beynəlxalq təcrübə öyrənilir və uğurlu tətbiqi üçün imkanlar nəzərdən keçirilir. Məsələn, 2016 / 2017-ci tədris ilində Qərbi Kaspi Universitetinin müəllimləri üçün Vidzeme Universitetinin mühəndislik üzrə fəlsəfə doktoru, distant təhsil üzrə mütəxəssis Anris Cirulis tərəfindən distant təhsillə bağlı təlimlər təşkil olunub.

 

Distant təhsil nədir?

Distant təhsil - təhsil müəssisələrindən istənilən məsafədə yerləşərək təhsil ala bilmək imkanıdır. İnternet texnologiyalarının tətbiqi ilə distant təhsil professional təhsilin müasir universal formasıdır. Bu təhsil prosesində tələbə müəyyən vaxt ərzində interaktiv rejimdə tədris-təcrübi materialları öyrənir,  internet və digər kommunikasiya vasitələrinin köməyi ilə müəllimlərin rəhbərliyi altında yoxlama işlərini yerinə yetirir. 

Distant təhsilin aktuallığı

Hal-hazırda Distant təhsil təhsilin sürətlə inkişaf edən formalarından biridir. Web serverlərin və müasir kompyuterlərin proqram təminatının mövcud olan imkanları qlobal şəbəkə vasitəsilə təhsil ala bilmək üçün interaktiv proqramların yaradılmasını mümkün edir. İnternet texnologiyalarına əsaslanan Distant təhsil öz imkanlarını genişləndirir və ona beynəlxalq internet şəbəkəsi və televiziya, konkret öyrətmə texnologiyalarının sintezini əks etdirən perspektiv təhsil sistemi kimi baxılır. Bu yeni təhsil forması potensial öyrəncinin geniş dairəsi üçün biliyin paylanmasının intensifikasiyasına imkan yaratmaqla yanaşı, yeni bilik və texnologiyaların istehlakçıları arasında təhsilin bazar mühitini formalaşdırır.

Distant təhsilin texnologiyası

Distant təhsilin texnologiyası iki hissəyə ayrılır:

İnteraktiv:

  • audio konfranslar (audiconferencing);
  • video konfranslar (video conferencing);
  • iş stolunda videokonfrans (desktop videoconferencing);
  • elektron konfranslar:9
  • e-mail;
  • online servis (Skype, WhatsApp və b.);
  • səsli əlaqə (voice mail);
  • ikitərəfli peyk əlaqəsi;
  • virtual reallıq (vertual reality);

İnteraktiv olmayan:

  • çap materialları;
  • birtərəfli peyk əlaqəsi;
  • televiziya və radio verlişləri;
  • CD və DVD disklər;
Distant təhsil nədən başlayır?

Distant təhsil kursu məsələnin qoyuluşu, müəyyən edilmiş məsələlərə cavab verən metodların seçilməsi, müəyyən edilmiş məqsəd və metodikalara cavab verən texnologiyaların seçilməsinin təşkilidir.

  • əməkdaşlıq pedaqogikası,
  • ənənəvi təhsil,
  • təcrübə və təhsil məsələləri,
  • interaktiv diskussiyalar,
  • modelləşdirmə,
  • nümayiş,
  • açılış,
  • oyunlar,
  • problemlərin həlli,
  • təlimat

kimi müxtəlif təhsil situasiyaları yaratmaqla başlayır.

İnteraktiv təhsil prosesi necə keçir?
  • Professor-müəllim heyəti ilə öyrəncilərin distant əlaqəsi, müsahibə və tədris-məsləhət dərsləri (tyutorla iş);
  • Xarici dinləyicilər üçün onlayn dərslərin keçirilməsi, mühazirələrin təşkili;
  • Linqvistik tərcümə proqramlarına, tədris çalışmalarına və interaktiv oxu materiallarına, hipermətnli kitablara elektron daxil olma;
  • Təcrübənin real tələbələrinə və professional fəaliyyətin spesifikliyinə yönələn konkret situasiyalar və elektron işgüzar oyunlar;
  • Video konfrans və seminarlar.