Qəbul üçün lazım olan sənədlər

Doktoranturaya qəbul üçün aşağıdakı sənədlər təqdim edilir:

  • ərizə (rektorun adına);
  • kadrların şəxsi-qeydiyyat vərəqi;
  • tərcümeyi-hal;
  • 3 ədəd foto şəkil (3xsm ölçüdə );
  • iş yerindən xasiyyətnamə ;
  • iş stajı olanlar üçün əmək kitabçasından çıxarış;
  • çap olunmuş elmi işlərin siyahısı və ya seçilmiş ixtisas üzrə referat;
  • ali təhsil müəssisəsini bitirmək haqqında diplomun müvafiq qaydada təsdiq edilmiş surəti
  • şəxsiyyəti təsdiq edən sənədin surəti.

Sənədlərin qəbulu üçün doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbərinin sədrliyi ilə qəbul komissiyası yaradılır. Doktoranturaya qəbul olmaq istəyən şəxslə nəzərdə tutulan elmi rəhbər müsahibə keçirir və qərar qəbul edilir. Doktoranturaya qəbul olmaq istəyənlər ixtisas fənnindən, xarici dildən və fəlsəfədən ali təhsil pilləsinin magistratura səviyyəsi üçün qüvvədə olan tədris proqramları həcmində qəbul imtahanları verirlər. Qəbul imtahanlarını keçirmək məqsədi ilə ali təhsil müəssisələrində və elmi təşkilatlarda müvafiq fənlər üzrə imtahan komissiyaları yaradılır. İxtisas fənnindən qəbul imtahanını doktoranturanın fəaliyyət göstərdiyi ali təhsil müəssisəsinin və elmi təşkilatın rəhbəri tərəfindən yaradılan komissiya həyata keçirir.