Əhmədova Esmİra

“İnformasiya texnologiyaları və maşınlar” kafedrasının dosent əvəzi, r.ü.f.d.

Akademik fəaliyyətinin istiqamətləri: ali riyaziyyat, informatika

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Əhmədova Esmira Nəriman qızı 1964-cü ildə Azərbaycan Respublikasının Bakı şəhərində anadan olmuşdur.  1971-1981-ci illərdə Bakı şəhərindəki 53№-li məktəbdə təhsil almışdır,  məktəbi qızıl medalla bitirmişdir. 1981-1986-cı illərdə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) tətbiqi riyaziyyat fakültəsinin tələbəsi olmuşdur, universiteti fərqlənmə diplomu ilə bitirmişdir.  1990-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Avtomatlaşdırılmış İdarəetmə Sistemləri (AİS) şöbəsində (indiki İnformasiya Texnologiyaları İnstitutu (İTİ)) mühəndis-proqramçı vəzifəsində işləmişdir. 1994-1997-ci illlərdə H.Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyində informatika müəllimi vəzifəsində çalışmışdır. 2001-2012-ci illərdə AMEA İTİ-də proqramçı, böyük elmi işçi vəzifələrində çalışmışdır, AMEA İTİ-nin Tədris İnnovasiya Mərkəzində müxtəlif fənləri tədris etmişdir. 2003-2008-ci illərdə AMEA Riyaziyyat və Mexanika İnstitutunun “Funksional analiz” şöbəsinin dissertantı olmuşdur, 2008-ci ildə f.r.e.d., prof. H.M.Hüseynovun elmi rəhbərliyi ilə “Kəsilən əmsallı Şturm-Liuvill operatoru üçün spektral analizin düz və tərs məsələləri” mövzusunda namizədlik dissertasiyasını müdafiə etmişdir, riyaziyyat üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır. 2012-2016-cı illərdə “İnfospace” MMC-də riyaziyyatçı vəzifəsində çalışmışdır. 2016-cı ildən bu günə qədər Qərbi Kaspi Universitetində çalışır, “İnformasiya texnologiyaları və maşınlar” kafedrasının dosent əvəzidir.

Elmi nəşrlər:  

  • Akhmedova E. N. On representation of solution of Sturm-Liouville equation with discontinuous coefficients // Proceedings of IMM of NAS of Azerbaijan, v.XVI (XXIV), 2002, p.5-9.
  • Akhmedova E. N., Huseynov H. M. On eigenvalues and eigenfunctions of one class of Sturm-Liouville operators with discontinuous coefficients // Transactions of NAS of Azerbaijan, 2003, v.XXIII, №4, p.7-18.
  • Akhmedova E. N. The definition of one class of Sturm-Liouville operators with discontinuous coefficients by Weyl function // Proceedings of IMM of NAS of Azerbaijan, v.XXII (XXX), Baku-2005, p.3-8.
  • Akhmedova E. N., Huseynov H. M. The main equation of the inverse Sturm-Liouville problem with discontinuous coefficients // Proceedings of IMM of NAS of Azerbaijan, v.XXVI (XXXIV), Baku, 2007, p.17-32.
  • Akhmedova E. N., Huseynov H. M. On solution of the inverse Sturm- Liouville problem with discontinuous coefficients // Transactions of NAS of Azerbaijan, Baku, 2007, v.XXVII, №7, p.33-44.
  • Aхмедовa Э. Н., Гусейнов И. M. Об одной обратной задаче для оператора Штурма–Лиувилля c разрывными коэффициентами // Изв. Сарат. ун-та. Нов. сер. Сер. Математика. Механика. Информатика, 10:1 (2010), cтр.3–9.
  • Orucov Q.H., Əhmədova E.N., Balayev N.N. Təyyarənin uçuş parametrləri və onların xüsusiyyətlərinin analizi // Milli Aviasiya Akademiyasının Elmi Məcmuələri. Bakı, 2011, cild 13, №3, səh.52-55
  • Aхмедовa Э. Н. О решениях дифференциального уравнения второго порядка с разрывными коэффициентами. Qərb Universiteti - “Elmi xəbərlər”, Bakı, 2016, №3, səh. 42-47.