Fİzİka kürsüsü

Fizika kürsüsünün fəaliyyəti müasir elm və sənayenin bütün sahələrində effektiv işləyə biləcək yüksək ixtisaslı fizika-tədqiqatçılarının hazırlanmasından ibarətdir. Tələbələr fizika, riyaziyyat, informatika, proqramlaşdırma sahəsində qabaqcıl biliklərə yiyələnirlər. Yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün ən müasir avadanlıqlarla təchiz olunmuş, regionda analoqu olmayan fizika laboratoriyası yaradılmışdır. Həmçinin Kürsü yüksək səviyyəli mütəxəssis hazırlığını təmin etmək üçün Azərbaycan, İngilis, Rus və s. dillərdə ədəbiyyatla zəngin olan kitabxanaya sahibdir.

Tədris edilən fənlər: 

  • Fizika
  • Elektronika
  • Elektronikanın əsasları
  • Optik informasiya sistemləri