Gülnar Qəhrəmanova

Akademik fəaliyyətinin istiqamətləri: Xarici dil (İngilis dilini tədris edir)

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar: 

Qəhrəmanova Gülnar Aprel qızı 12.05.1988-ci ildə Neftçala rayonunda anadan olmuşdur. 2005-ci ildə Neftçala rayonu Zabil Əsgərov adına məktəbi bitirdikdən sonra Bakı Biznes Universitetinin “Tərcümə” fakültəsinə qəbul olmuş və 2009-cu ildə həmin universiteti bitirmişdir. 2014-cü ildə təhsilini Odlar Yurdu Universitetinin magistratura pilləsində davam etdirmişdir və 2016-cı ildə oranı bitirmişdir. 2012-ci ildən 2017-ci ilə qədər Bakı Biznes Universitetinin Dillər kafedrasında laborant vəzifəsində çalışmışdır. Hal-hazırda Qərbi Kaspi Universitetində ingilis dilini tədris edir. 

Elmi nəşrlər: 

  • “XX əsr zənci ədəbiyyatı”, Dil və Ədəbiyyat, ADU, №6, 2016
  • “Ceyms Boldvin (1924-1987) XX əsr zənci ədəbiyyatı nümayəndələrindən biri kimi”, ADU-nun elmi xəbərləri, №3, 2016
  • “İngilis dilində frazeoloji birləşmələrin tərcüməsi və tərcümə zamanı tərcüməçinin qarşılaşdığı problemlər”, Azərbaycanda Xarici Dillər, №2, 2016