Gülrəna Mİrzə Əlİxan

Gülrəna Mirzə Əlixan

Dosent

Sənətşunaslıq üzrə fəlsəfə doktoru

Akademik fəaliyyətinin istiqamətləri:

  • Dünya incəsənəti və memarlıq tarixi
  • Mədəniyyətşunaslıq
  • Qərb ölkələrinin mədəniyyət
  • Etiket tarixi
  • Azərbaycan mədəniyyət tarixi
  • Müasir incəsənətin problemləri
  • Dizayn sənətinin tarixi və metodologiyası
  • Dizayn sənətinin müasir problemləri
  • Şəhər mühitinin dizaynında müasir tendensiyalar

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

1979-cü ildə fərqlənmə diplomu ilə Üzeyir Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasının fortepiano fakültəsini bitirmişdir. 2004-cü ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyanı müdafiə etmişdir. Gülrəna Mirzə Əlixan qızı 1956- cı il yanvarın 13-də Bakı şəhərində anadan olub.1979-cu ildə fərqlənmə diplomu ilə Azərbaycan Dövlət Konservatoriyasını bitirmişdir və bundan sonra bir neçə musiqi məktəbində və Tusi adına Pedaqoji Universitetdə müəllim işləmişdir. 1988-ci ildən Bakı İncəsənət Mərkəzinin üzvüdür. 2002-ci ildən Qərbi kaspi Universitetinin dosentidir və Azərbaycan Milli Akademiyasının Memarlıq və incəsənət İnstitutunun aparıcı elmi işçisidir. 2004-cü ildə sənətşünaslıq üzrə fəlsəfə doktorluq dissertasiyasını müdafiə etmişdir. 2002–ci ildən Rusiya İmperator Evi Cəmiyyətinin üzvüdür. 2005-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür. Azərbaycan Prezident Aparatının sifarişi ilə və müasir Azərbaycan rəssamlarına həsr olunmuş 9 monoqrafiya və 140 elmi məqalənin müəllifidir.

Elmi nəşrlər: 

Azərbaycan təsviri sənət xadimlərindən, Azərbaycan və dünya incəsənətindəki əlaqələr və təsirlərə həsr olunmuş 9 monoqrafiya və 140 elmi məqalənin müəllifidir. Bu monoqrafiyalar Azərbaycan Respublikanın Prezidentinin sərəncamı əsasında Heydər Əliyevin 90 illik yubileyinə çap olunub.