Haqqımızda

Kitabxana Mərkəzinin 1991-ci ildə universitet yaranan tarixdə əsası qoyulub. Kitabxana fondunu 55.000-dən çox çap kitabları təşkil edir. Fondun əsas hissəsi elmi ədəbiyyat, tədris kitabları, bədii ədəbiyyat, serial nəşrlər, dövri mətbuat, elmi jurnallar və s. informasiya resurslarından ibarətdir. Həmçinin Kitabxana Mərkəzinin fondunda, Azərbaycan, Rus, Türk, Çin, Ərəb, Fars, Fransız, Alman, İtalyan dillərində kitablar vardır. Kitabxana fondunda sosial və siyasi elmlər, tarix, hüqüq, incəsənət, ədəbiyyat, tətbiqi elmlər, kompüter və dizayn, iqtisadiyyat və menecment, riyaziyyat, məlumat sorğu, və s. elm sahələrini əhatə edən kitablar mövcuddur. Zəngin və daim yenilənən fondu, mütamadi inkişaf edən kolleksiyaları ilə akademik heyətin, tələbələrin və digər istifadəçilərin tələbatının müəyyənləşdirərək, tələbatlarının ödənilməsi hər zaman prioritet vəzifələrdən biridir.