Doktorantura təhsİl proqramı haqqında

Yüksək ixtisaslı elmi və elmi-pedaqoji kadrların hazırlanması ali təhsilin ən yüksək səviyyəsi olan doktorantura yolu ilə həyata keçirilir və müvafiq elmi dərəcələrin (fəlsəfə doktoru və elmlər doktoru) verilməsi ilə başa çatır.

Doktorantura şöbəsinin əsas məqsədi – yüksək ixtisaslı mütəxəssislərin, elmi və pedaqoji kadrların hazırlanmasından ibarətdir. Qərbi Kaspi Universitetində doktorantlara tədqiqat və araşdırma aparmaq üçün bütün zəruri şəraitləri yaradılmışdır. Doktorantura təhsilini həyata keçirən Qərbi Kaspi Universiteti elmi və elmi-pedaqoji kadr hazırlığını dissertantlıq (dissertantura) yolu ilə də reallaşdırır. Doktoranturada təhsil alarkən, seçdiyiniz sahədən asılı olmayaraq, tədqiqat fəaliyyətinizdə araşdırma bacarıqlarınızı, universitetimizin seçilmiş müəllimləri ilə sıx işləyərək müstəqil düşünmə bacarığınızı inkişaf etdirmək, problemləri müəyyənləşdirmək, təhlil və həll etmə bacarıqlarınızı təkmilləşdirilməsinə sahib olacaqsınız. Qərbi Kaspi Universiteti doktarantlara Beynəlxalq elmi konfranslarda öz elmi məqalələrini təqdim etməyə şərait yaradır.

Fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi 4 ildir. Doktorantlar görkəmli intellektual bacarıqlara sahib olan, tədqiqat sahələrində aparıcı olan alimlərin dəstəyi ilə öz elmi tətqiqatlarını apara bilərlər. Qərbi Kaspi universiteti doktorantura təhsil proqramında təhsillərini davam etdirmək istəyənlərin müvafiq ixtisasa malik fəlsəfə doktorları və tanınmış professorlar elmi rəhbərlik işinə cəlb oluna bilərlər.

Doktorantların bilik və bacarıqlarını təkmilləşdirilməsi, beynəlxalq sahədə əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün universitetimiz xarici tərəfdaş olan univeristet və fondlar ilə əməkdaşlıq edir. Məhz bu əməkdaşlıq saəsində, universitetimiz mütəmadi olaraq, doktorantlar üçün beynəlxalq seminar və təlimlər təşkil edərək, xarici mütəxəssisləri dəvət edir, belə ki, Çexiyadan Jiri Nesiba, Hana Stojanova, Polşadan Marta Gancazyk, Böyük Britaniyadan Ekaterina Rees-Yaeger, Colin Love, Randall Baker, Mario Moya, ABŞ-dan Rise Kelsi, Kanadadan Duglass Ross, Nigeriyadan Udo İni Eno, İspaniyadan Emmanuel Arcon, Martinez Cristobal, Almaniyadan Utah Stoltenberg. Bundan əlavə olaraq, Qərbi Kaspi Universiteti doktorantlara öz elmi tədqiqatlarının təkmilləşdirilməsi və beynəlxalq təcrübə ilə tanışlığı üçün Erasmus Mundus və Mövlana proqramında iştirak etmə imkanını təklif edir.