İkİlİ Dİplom Proqramı - UBİS

Dərəcə: İkili - dərəcə MBA

Müddət: 2 il

Kredit: 120 ETCS / 48 US credits

İki illik təhsil haqqı: 3300 EUR + 2500 AZN

Dil: İngilis dili

Başlanğıc tarixi: 15 Sentyabr və ya 5 fevral

Fəxr ilə bildirmək istəryirik ki, 2016-cı il sentyabr ayından etibarən Qərbi Kaspi Universiteti İsveçrənin Biznes və Beynəlxalq Tətqiqatlar Universiteti (UBIS) ilə birgə əməkdaşlıq nəticəsində yeni MBA proqramını təklif edir. UBIS Cenevrədə yerləşən beynəlxalq akkreditasiya olunmuş universitetdir, həmçinin London və Vaşinqtonda kampüsləri vardır. UBIS MBA Programı EDUQUA, Biznes Təhsili üzrə Avropa Şurası və Biznes Təhsili üzrə Beynəlxalq Akkreditasiya Şurası tərəfindən akkreditasiya olunub. MBA proqramı öz sahələrində böyük təcrübəyə malik olan UBİS və Qərbi Kaspi Universitetinin mütəxəssisləri tərəfindən tədris olunacaq. Həmçinin, tələbələr Cenevrədə qısamüddətli yay məktəbində iştirak etmə imkanını əldə edəcəklər. MBA proqramı qərar qəbulunun yaxşılaşdırılması, funksional biznes bacarıqlarının təmini və tələbələrin analitik, kommunikasiya, problem həlli və liderlik qabiliyyətlərini inkişafına zəmin yaradacaq. MBA proqramı marketinq, satış, mühasibat uçotu, maliyyə, insan resursları, müştəri xidmətləri və ictimaiyyətlə əlaqələr sahəsində biliklərin artırılmasına yol açır. Qərbi Kaspi Universiteti güclü akademik və tədris təcrübəsinə malik, öz sahələrində mütəxəssis olan yüksək səviyyəli müəllim heyətini cəlb edir. Beynəlxalq təcrübəyə malik, tədrisdə səriştəli peşəkar müəllimlər MBA tələbələrə təşkilatların idarə olunmasında lazımı bacarıqların mənimsənilməsinə imkan yaradır.

Üstünlüklər
  • İki ilə iki magistr dərəcəsi
  • Axşam dərsləri işləyən tələbələr üçün vaxtın səmərəli istifadəsinə imkan yaradır
  • 100% İngilis dilini mənimsənilməsi
  • Təcrübə yönümlü proqram, simulyasiya və birgə layihələrə cəlb imkanı
  • Sənayedə böyük təcrübəyə malik olan professional müəllimlər,
  • Yüksək karyera imkanları
  • Cenevrədə yay məktəbi
  • Münasib təhsil haqqı
Proqramın təqvimi

I Semestr

  • Biznes İngilis dili
  • Biznes Psixologiyası
  • Təşkilati Davranış
  • Biznes Administrasiyası
  • İqtisadiyyat
  • Marketing
  • Layihə menecmenti
  • Maliyyə Bazarları və Qurumları

II Semestr

  • Beynəlxalq İR menecmenti
  • Logistika və təchizat zəncirinin idarəedilməsi
  • İdarəetmə Uçotu
  • Korporativ Strategiya
  • Tədqiqat metodologiyası
  • Cenevrədə yay məktəbi

III Semester

  • İnvestisiyaların idarə olunması
  • Vergiqoyma
  • Korporativ maliyyə
  • Korporativ Sosial Məsuliyyət
  • Web strategiyalar

IV Semester

  • Magistr diplom işinin yazılması və müdafiəsi

 

Tələbələr

Namizədlər İngilis dili üzrə B1 səviyyəsində yaxud IELTS 6.0 lazımdır.

Əgər siz MBA proqramına daxil olmaq istəyirsinizsəərizə formasını doldurub aşağıdakı sənədlərlə birlikdə mba@wu.edu.az e-mail ünvanına göndərin.

  • Bakalavr diplomunun nüsxəsi və transkript
  • 2 şəkil
  • IELTS/TOEFL sertifikatı
  • Ümumvətəndaş pasportun nüsxəsi

Bütün namizədlər qəbul müsahibəsindən keçirlər.

Ərizə üçün son müraciət tarixi 5 Sentyabr (I qəbul) və ya 20 Yanvar (II qəbul)

Əlaqə

Qərbi Kaspi Universiteti

Beynəlxalq Əlaqələr Ofisi

İstiqlaliyyət 27, Bakı, AZ1001

Telefon: (+994 12) 492 74 18

Faks: (+994 12) 492 67 01

Email: administration@wu.edu.az