İlkİn Hüseynlİ

Siyasi Elmlər Məktəbinin dekan müavini

Prorektorun köməkçisi

Elektron ünvan: huseynli@wu.edu.az

Tədris etdiyi fənnlər:

  • Siyasi Sosiologiya
  • Seçki Texnologiyaları
  • Elitizm və Onun Tənqidi
  • Peşə Etikası

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

İlkin Hüseynli Bakı şəhərində anadan olub. O, bakalavr təhsilini Bakı Dövlət Universitetindən “Amerikaşünaslıq” üzrə, magistr diplomlarını isə Mərkəzi Avropa Universitetindən “Siyasi Elmlər” və Haydelberq Universitetindən “Amerikaşünaslıq” ixtisasları üzrə almışdır. Mərkəzi Avropa Universitetində onun tezisi (Cinayətkarlarla Necə Rəftar Etməli: Anarxist Filosofların Cinayətkarlarla Bağlı Mövqeləri) müxtəlif anarxist məktəblərinin cinayət və cəza ilə bağlı fikirlərini araşdırmışdır. Haydelberq Universitetində magistr tezisinin mövzusu (Cahillər Tərəfindən İdarə: Diarxik Demokratiyanın Tənqidi) isə siyasi filosof  Nadia Urbinatinin irəli sürdüyü prosedural diarxik demokratiyanın tənqididir.

Elmi maraqları: Siyasi fəlsəfə, demokratiya nəzəriyyələri, siyasi ideologiyalar, libertarianizm, anarxizm. 

Elmi nəşrlər: 

Huseynli, Ilkin.  2016. How to Deal with Wrongdoers? Anarchist Thinkers’ Attitudes towards Criminals. CEU Political Science Department Master Thesis, 2016/16. Budapest: Central European University.

2016. “The Power Relations in Deliberative Democracy.” https://www.academia.edu/29714266/The_Power_Relations_in_Deliberative_Democracy.

2017. “Təhrif Edilmiş Demokratiya.” Quyu, no. II:25–35.

2017. “The Importance of Celibacy in Shaker Theology.” https://www.academia.edu/34099569/The_Importance_of_Celibacy_in_Shaker_Theology.

2017. “The Populist Challenge to Representative Democracy.” https://www.academia.edu/32454232/The_Populist_Challenge_to_Representative_Democracy.

2017. “Thoreau and the Idea of John Brown: Radicalization of Transcendental Politics.” https://www.academia.edu/34946145/Thoreau_and_the_Idea_of_John_Brown_Radicalization_of_Transcendental_Politics.

2018. Rule by the Ignorants: A Criticism of Diarchic Democracy. Heidelberg Center For American Studies Master Thesis, 2018/03. Heidelberg, Ruprecht-Karls-Universität Heidelberg.

Proqramlar: