İşçİ Dİllər Mərkəzİ

İşçi Dillər Mərkəzi 2017-ci ilin sentyabr ayından fəaliyyət göstərməkdədir. Mərkəz Qərbi Kaspi universitetinin tərkibində yaradılsa da o həm bu universitetin tələbə, akademik  və inzibati heyəti həm də siravi insanlar üçün şəxsi, akademik və karyera məqsədilə dil öyrənmə xidmətlərini göstərməkdədir. Mərkəzimizdə 20-ə yaxın mütəxəssis fəaliyyət göstərir.Onlar beynəlxalq sertifikatlı, müasir və interaktiv öyrənmə metodlarından, müasir tələblərə cavab verən dərsliklərdən istifadə edən və dil öyrənmə sahəsindəki yeniliklərlə ayaqlaşan professional müəllimlərdir. İşçi Dillər Mərkəzi Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə sıx əməkdaşlıq edərək tələbələrdəki ingilis dilinin inkişafında gedən dinamikanı izləmək  üçün vaxtaşırı beynəlxalq standartlı Kambridc üsulu testlər keçirir. Bundan əlavə müəllimlərin də professional inkişafına yardım etmək məqsədilə onlar üçün də beynəlxalq səviyyəli təlimlər təşkil olunur. Mərkəz ingilis dilindən başqa rus,alman,fransız və. s dillər üzrə də öyrənmə kursları təklif edir.