Kİtabxana

Kitabxana Mərkəzinin 1991-ci ildə universitet yaranan tarixdə əsası qoyulub. Kitabxana fondunu 55.000-dən çox çap kitabları təşkil edir. Fondun əsas hissəsi elmi ədəbiyyat, tədris kitabları, bədii ədəbiyyat, serial nəşrlər, dövri mətbuat, elmi jurnallar və s. informasiya resurslarından ibarətdir.

Həmçinin Kitabxana Mərkəzinin fondunda, azərbaycan ,rus, türk, çin, ərəb, fars, fransız, alman, italyan, dillərində kitablar vardır. Kitabxana fondunda sosial və siyasi elmlər, tarix, hüqüq, incəsənət, ədəbiyyat, tətbiqi elmlər, kompüter və dizayn, iqtisadiyyat və menecment, riyaziyyat, məlumat sorğu, və s. elm sahələrini əhatə edən kitablar mövcuddur.

Zəngin və daim yenilənən fondu, mütamadi inkişaf edən kolleksiyaları ilə akademik heyətin, tələbələrin və digər istifadəçilərin tələbatının müəyyənləşdirərək, tələbatlarının ödənilməsi hər zaman prioritet vəzifələrdən biridir.

Kitabxana MərkəzindəBMT-nin Sosial İnkişaf üçün Tədqiqat İnstitutunun (UNRISD), BMT-nin Ümumdünya Turizm Təşkilatının, Ümumdünya Əqli Mülkiyyət Təşkilatının və Beynəlxalq Əmək Təşkilatının Depozitariya Kitabxanalarıyaradılmışdır. Burada 1000-ə yaxın müxtəlif təşkilatlarının kitab və informasiya mənbələri oxucuların isitfadəsinə verilmişdir.

2017-ci ildəndünyanın aparıcı nəşriyyatlarının elmi və informasiya resurslarının ən böyük aqreqatoru olan EBSCO şirkətinin GOBI (Global Online Bibliographic Information) platforması ilə əməkdaşlıq edilir.

Azərbaycanda fəaliyyət göstərən digər universitetlərin müəllim və professor heyəti, tədqiqatçılar, bakalavr, magistr və doktorant təlbələri kitabxana resurslarından yararlana bilərlər.

 
Fondun əsas strukturu aşağıdakılardan ibarətdir:

  • Tədris ədəbiyyatı
  • Elmi ədəbiyyat
  • Hədiyyə və mübadilə fondu
  • Elektron resurslar
  • Serial (dövri) nəşirlər
  • Dövri mətbuat fondu

Xidmətlər:

  • Oxu zalları
  • Müzakirə zalı
  • Abonement (evə kitab götürmək)
  • Abonementə üzv olmaq üçün lazım olan sənədlər:şəxsiyyəti təsdiq edən sənəd, tələbə bileti,1 ədəd 3X4-ə şəkil.
  • Elektron kataloqda axtarış
  • Kitabxana və oxucular,İnfomasiya Mədəniyyəti, Elektron resurslar və s. mövzularda tələbə və müəllimlər üçün təlimlər

İş qrafiki:

Bazar ertəsi-Cümə: 08.30-19.30

Şənbə - 09.00-16.00

Bazar: istirahət günü


Qərbi Kaspi Universitetinin onlayn kitabxanası