Könül Hİlal

İqtisad elmləri üzrə fəlsəfə doktoru. PhD

“İmtahan və Keyfiyyətə Nəzarət” mərkəzinin rəhbəri

İqtisadiyyat və Biznes məktəbi, Marketinq fənlərini tədris edən müəllim

Akademik fəaliyyətinin istiqamətləri:

Marketinq Menecmenti (MBA pilləsi) – MBA proqramı gələcəyin menecerlərini hazırlayır. Buna görə də sözü gedən kursun bu pillə üzrə tədrisi zamanı  əsasən şirkətlərdə marketinq departamentinin təşkili, strategiyanın qurulması və problemlərin operativ həlli məsələləri intensiv qaydada öyrənilir və dərs əsasən  beynəlxalq təcrübədə yaşanmış müxtəlif misal və keys həlləri üzərində qurulur.

Beynəlxalq Marketinq (MBA pilləsi) – Bu kurs daha çox beynəlxalq bazarlar, B2B, B2C, C2B istiqamətləri üzrə marketinq araşdırmaları, qlobal marketinq və sosial marketinq istiqamətlərində praktiki biliklərin tədris edilməsi ilə seçilir. 

Rəqəmsal Marketinq (Bakalavriat pilləsi) – Rəqəmsal marketinq günümüzdə ən aktual mövzulardan olduğu üçün onun tədrisi tələbələr üçün əhəmiyyətli, eyni zamanda maraqlıdır. Bu fənnin tədrisi zamanı SMM, SEO, Email-marketing və digər müasir istiqamətlər araşdırılır və praktik məşğələlər ilə öyrədilirş

Marketinq (Bakalavriat pilləsi) – Marketinqin ümumi prinsipləri, tarixi, konsepsiyaları və mahiyyəti müasir ədəbiyyatlar əsasında tədris olunur və tələbələrə ümumi istiqamət verilir.

Turizmdə marketinq və marketinq araşdırmaları (Bakalavriat pilləsi) – Hər sahədə olduğu kimi turizm sahəsində də həlledici rol oynayan marketinq və marketinq araşdırmaları Turizm  ixtisası tələbələrinə məzun olduqdan sonra işləyəcəkləri şirkətlərdə istər bazar araşdırmasının, istər tələb təhlilinin, istərsə də xidmət təbliğatının uğurlu şəkildə icra edilməsini öyrədir.

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Könül Hilal 03.11.1983-cü ildə Bakı şəhərində anadan olmuşdur. 2007-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Magistratura pilləsini fərqlənmə diplomu ilə  bitirdikdən sonra uzun illər (2007-2011-ci illər ərzində Bank Of Baku ASC, 2012-2016 Unibank ASC) bank sahəsində çalışmışdır. 2013-cü ildə Ukraynanın Kiyev şəhərində Personal İdarəetməsi üzrə Regionlararası Akademiyada (МАУП) iqtisad elmləri üzrə fəlsəfə doktoru dərəcəsini müdafiə etmişdir. 2016-cı ilin İyun ayından etibarən Qərbi Kaspi Universitetində bakalavriat və magistratura pilləsi üzrə təhsil alan tələbələrə marketinq fənni tədris edir. 2017-ci ilin May ayından etibarən isə universitetin “İmtahan və Keyfiyyətə Nəzarət” mərkəzinin rəhbəri vəzifəsində işləyir.

Elmi nəşrlər: 

  • Influence of e-marketing on the sphere of banking services, creating marketing relations with assistance to CRM tools”. Jurnal “Agrosvit”, N18, 2012. Kiyev, Ukrayna.
  • “The introduction of marketing in the banking sector: Briefly overview.” Jurnal “Effective Economy”, N8, 2012. Kiyev, Ukrayna.
  • “Влияние социальных сетей на покупательский спрос” Qərbi Kaspi Universiteti, Elmi jurnal, 2017