Məqsəd və baxışlarımız

Bizim Baxış

Qərbi Kaspi Universiteti ali təhsil sektorunda 1991-ci ildən fəaliyyət göstərən özəl təhsil müəssisəsidir. Qərb Universitetinin multikultural kollektivi ömürlük bilik və bacarıqların qazanılmasına uzunmüddətli perspektiv və çoxşaxəli imkanlar yaradır.

Təsisçinin arzusuna uyğun olaraq Qərbi Kaspi Universiteti:

  • Beynəlxalq partnyorlar ilə müqavilələri artırmağa və təhsil fəaliyyətini genişləndirməyə davam edir
  • Qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmaqdadır
  • Akademik sahədə dünya trendlərindən geri qalmamaqla mütərəqqi olmağa çalışır

Məqsədimiz

Universitetin məqsədi qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmaq, gələcək karyerasında ardıcıl uğurlar əldə edə biləcək kadrlar hazırlamaqdır. Bu günə kimi Qərbi Kaspi Universiteti bir sıra beynəlxalq proqram və layihələrdə yer almaqla öz akademik fəaliyyətini genişləndirmiş, təhsil dünyasında mövqeyini möhkəmlətmiş və gələcək inkişafı üçün əlverişli şərait yaratmışdır.

Əsas məqsədləri bunlardır:

  • Yüksək təhsil və ən yüksək beynəlxalq səviyyəli elmi tədqiqatlar təqdim etməklə cəmiyyətə müsbət töhfələr verir.
  • Tələbələri üçün ən yüksək keyfiyyətli tədris və təlim mühiti yaradır.
  • Azərbaycanın ən aparıcı universiteti kimi mövqeyini gücləndirir və beynəlxalq nüfuzunu artırır.
  • Beynəlxalq partnyorlar ilə müqavilələri artırmağa və təhsil fəaliyyətini genişləndirməyə davam edir.
  • Qlobal əməkdaşlıq və beynəlxalq səviyyədə tanınan dünya səviyyəli tədris üçün mükəmməl təhsil mühiti yaratmağa davam edir.
  • Şəxsi və peşəkar sahədə yüksək standardlara nail olmaq üçün tam təminatlı iş qabiliyyətinə malik məzunlar yetişdirir.
  • Elmi tədqiqatlara həvəsləndirici və təkan verici qüvvə olur.
  • Dünya trendlərindən geri qalmamaqla mütərəqqi olmağa çalışır.
  • İqtisadi keçid dövründə Respublikanın maraqlarını təmin edə biləcək mütəxəssislər yetişdirməklə Azərbaycanın iqtisadi, sosial və siyasi inkişafına dəstək olur.