Müşfİq Əlİyev

Azərbaycan Rəssamlar İttifaqının üzvü

Dizayn məktəbinin Rəsm və rəngkarlıq müəllimi

Əliyev Müşfiq Rauf oğlu – rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü. 1994-cü ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin, 2016-cı ildən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının məzunu. Rəsm və tabloları dəfələrlə yerli və beynəlxalq sərgilərdə nümayiş olunub. Rənkarlıq sənətini monumental klassika üzrə bitirdiyinə baxmayaraq, yaradıcılığı çoxsahəlidir. Belə ki, impressionizm və postimpressionizm cərəyanlarından bəhrələndiyi üçün müxtəlif üslublara müraciət edir, klassisizm, akademizm, abstraksiya kimi fərqli üslublarda işləyir. 

Akademik fəaliyyətinin istiqamətləri:

Rəsm: ölçü və nisbətləri nəzərə almaqla reallığın müstəvidə işıq-kölgə vasitəsilə təsvirinin öyrədilməsi. Rəngkarlıq: təsvirin rəng vasitəsilə canlı obrazının yaradılması. Perspektivanın nəzəri əsasları və qanunları, həndəsi fiqurların konstruktiv quruluşu və işıq-kölgə ilə tamamlanması, həndəsi əsaslı fiqurlardan ibarət natürmortun quruluşu və işıq-kölgə ilə tamamlanması, ev əşyalarından ibarət natürmortun quruluşu və işıq-kölgə ilə tamamlanması. Memarlıq elementləri: vazanın, üzüm yarpağının, ağcaqayın yarpağının, ionikanın, kapitelin konstruktiv quruluşu və işıq-kölgə ilə tamamlanması. İnteryerin konstruktiv quruluşu və işıq-kölgə ilə tamamlanması. Rəngkarlıq. Proqram: Rəng haqqında anlayış. 

Monoxrom natürmort. Ağ əşyalardan ibarət kompozisiya. Sərt təzadlı münasibətlər. Məşğələ əsas rənglərə boyanmış əşyalardan qurulmuş natürmortun təsviridir. Bu rənglər bir birindən sərt seçildiyinə görə belə tapşırığın təsviri nisbətən asandır. Müxtəlif rənglərin münasibəti. Bu tapşırıqlar müxtəlıf xromatik və axromatik rənglərə boyanmış əşyalardan qurulmuş natürmort təsviridir. 
Rəng məhdudluğu. Torpaq boyaları. Ancaq torpaq boyaları ilə işlənən məşqələ. Ağ və qara rənglər əlavə olmaqla. Rəng məhdudluğuunun olduqca böyük əhəmiyyəti var, çünki tələbi rəsmi rəngləməkdən çəkindirir və onun təfəkkürünü rəng nisbətlərinin axtarışına yönəldir. Yaxın rənglərin nisbəti. Yaxın rəngli əşyalarda

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Bakalvr: Azərbaycan Dövlət Rəssamlıq Akademiyası (2012-2016), fakültə: rəngkarlıq, ixtisas: rəssam. Müdafiə mövzusu: Bəstəkar Xəyyam Mirzəzadənin portreti. Magistratura: Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti (1990-1994), fakültə: mədəni-maarif işi, ixtisas: təşkilatçi-metodist. Müdafiə mövzusu: Sərgi salonrarı və muzeylərdə rəssamlıq sərgilərinin təşkili. 

Əliyev Müşfiq Rauf oğlu, 1973-cü ildə Bakı şəhərində olub. 1990-cı ildə Bakı ş. Səbayıl r-nu 160 saylı məktəbi bitirib. 1990-1994-cü illərdə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, 2012-2016-cı illərdə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında təhsil alıb. Ali təhsilli rəssamam. 2017-ci ildən Azərbaycan Rəssamlar İttifaqının üzvüdür.
1991-2017-cı illərdə “Azərbaycanfilm” Kinostudiyasında, ”Tanıdım” Studiyası kiçik müəsisəsində, “Turan” kommersiya istehsalat şirkətində, Azərbaycan Milli Konservatoriyasında, Azərbaycan Memarlıq və İnşaat Universitetində, Estetik Tərbiyə üzrə Respublika Tədris-Metodik Mərkəzin Təsviri Sənət Qalereyasında müxtəlif vəzifələrdə çalışmışıb. Dəfələrlə yerli və beynəlxalq sərgilərin iştirakçısı olub. “Azərbaycanfilm” Kinostudiyasında, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” Studiyasında, ARB Aran Film Yaradıcılıq Mərkəzində istehsal olunmuş bədii və sənədli filmlərdə rəssam və quruluşçu rəssam işləyib. Hal-hazırda Qərbi Kaspi Universitetinin Memarlıq və Dizayn kafedrasının rəsm və rəngkarlıq müəllimi işləyir. 

Elmi nəşrlər: 

H.Əliyev Mərkəzində təşkil edilmiş böyük rus şairi M.Y.Lermontovun 200-illiyinə həsr olunmuş sərgi (2014, Bakı),  “18-ci Türksoy Ressamlar Buluşması” və fəxri fərmanla təltif (2015, Aksaray, Türkiyə), “Almaniya bir rəssamın gözü ilə” sərgisi və fəxri fərmanla təltif (2016, Bakı), Azərbaycan Rəssamlar İttifaqının təşkil etdiyi “İlin ən yaxşı əsəri” illik sərgi-müsabiqəsi (2017, Bakı), Kino rəssamı kimi “Azərbaycanfilm”də istehsal olunmuş “Günaydın, mələyim”bədii filmi (rejissor: O.Mirqasımov)(2006-2007, Bakı),  Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin “Yaddaş” Studiyasında istehsal olunmuş “Dünən qəfildən gəldi...”bədii filminin rəssamı (2009, Bakı), ARB Aran Film Yaradıcılıq Mərkəzində istehsal olunmuş “Həqiqət sorağında” sənədli filminin rəssamı (filmin təqdimatı zamanı fərdi sərgi)(2017, Bakı).