Pərvanə Əlİyeva

“Dizayn” kafedrasının müdiri

Azərbaycan Memarlar İttifaqının üzvü

Akademik fəaliyyətinin istiqamətləri:

Layihə qrafikası və rəngli kompozisiya - Layihə qrafikası, rəng kompozisiyaları və şriftin əsasları haqqında nəzəri biliklərin verilməsi və həmin biliklərin layihə tapşırıqlarının yerinə yetirilməsinin tətbiqidir. Bu kursun tədrisi zamanı tələbə layihə qrafikasının ifadə vasitələrini öyrənməli və müxtəlif qrafik texnika və texnologiyalardan istifadə edərək obrazlı bədii qrafik kompozisiyaları qurmağı bacarmalıdır.

Erqonomika-“insan – texnika” və “insan – mühit” sistemlərindəki qarşılıqlı əlaqələrin öyrənilməsi, erqonomik analizin aparılması, dizayn layihələrin həyata keçirilməsinə erqonomik əsaslandırmanın verilməsini öyrədir. Erqonomika “insan-texnika(obyekt)-mühit” sisteminin qarşılıqlı münasibətlərinin, əmək fəaliyyəti prosesinin şəraitinin kompleks sistem şəkildə öyrənilməsini təmin edən elmdir.

Vizual kommunikasiyalar - Bədii təfəkkürün formalaşmasına, informasiyanın ötürülməsində bədii formanın istifadəsi və bu ifadə vasitələrinin funksionallığına xüsusi diqqət verilir, bilavasitə təsviri informasiyanın ötürülməsi vasitələri öyrənilir. Tədris müddətində xüsusi üslub elementlərinin layihələndirilməsinə kompleks yanaşma nəzərdə tutulub və vizual kommunikasiyada nişan sistemlərini işləyib hazırlamaq üçün qabiliyyət formalaşdırılır.

Qrafik dizayn- Vizual obrazların işlənməsi,orijinal firma üslubunun yaradılması (ticarət nişanı, loqotip, emblem, reklam daşıyıcıları), işgüzar sənədlərin hazırlanması (blanklar, vizit kartları, zərflər, vəsiqələr, protokollar və s.), reklam-informasiya vasitələri (plakat, kataloq, prospekt, afişa, təbrik açıqçası və s.), korporativ internet səhifələrinin veb-dizaynını və s. hazırlanılması daxildir.

Müasir dizaynın problemləri- Müasir dizayn – mürəkkəb çoxplanlı anlayışdır. Burada nəzəriyyə və təcrübə, dizaynın inkişaf mərhələləri, forma yaradıcılığının metodları və istiqamətləri haqqında, dizaynın iqtisadi, sosial, mədəni və insan fəaliyyətinin digər aspektləri ilə qarşılıqlı münasibətlərindən danışılır, evristik dizayn futuro – dizayn, gen dizaynı, maliyyə mühitinin dizaynı, nondizayn və s. anlayışları haqqında məlumat verilir.

Təhsil və peşə fəaliyyəti haqqında məlumatlar:

Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun memarlıq fakültəsini 1990-cı ildə fərqlənmə diplomu ilə bitirib. Müdafiə mövzusu: “Mərkəzləşdirilmiş kondisioner sistemini tətbiq etməklə çoxmərtəbəli yaşayış binalarının layihələndirilməsi.” Qərbi Kaspi Universitetinin disssertantı.

Müdafiə mövzusu: Bakı və Bakıətrafı yol nəqliyyat sistemində vizual kommunikasiyaların formalaşması xüsusiyyətləri“.

Əliyeva Pərvanə Şəmistan qızı 12 fevral 1968-ci ildə Bakı şəhərində anadan olub. 1985- ci ildə orta təhsilini 20 saylı məktəbdə tamamladıqdan sonra Azərbaycan İnşaat Mühəndisləri İnstitutunun Memarlıq fakültəsinə qəbul olub. 1990-cı ildə institutu fərqlənmə diplomu ilə bitirərək təyinatla Bakı Dövlət Layihə İnstitutuna göndərilib. 01.08 1990-05.09.1994 illərdə Bakı Dövlət Layihə İnstitutunun1 nömrəli emalatxanasında memar vəzifəsində çalışıb. 05.09.1994 - 02.09.1996 illərdə Azərbaycan Memarlar İttifagında məsləhətçi, Azərbaycan Memarlar İttifaqının rəsmi orqanı olan İnformasiya bülleteninin redaktoru olub. 02.09.1996 - 15.09.2005 illərdə 160 saylı orta məktəbdə rəsmxət və təsviri incəsənət müəllimi kimi çalışıb. 14.09.2007 - 1.09.2012 illərdə Qərbi Kaspi Universitetinin müəllimi, 1.09.2012-ildən Qərbi Kaspi Universitetinin Dizayn kafedrasının baş müəllimi, 1.09.2013-cü ildən Qərbi Kaspi Universiteti Dizayn kafedrasının müdiri vəzifəsində çalışır.

Elmi nəşrlər: 

3 nəşrin redaktoru, 5 məqalənin müəllifi.